Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Soyuqda gəzmək daha çox kalori yandırır?

  • Müəllif  Admin
Soyuqda gəzmək daha çox kalori yandırır?


Soyuqda yeriməyə davam! Beyni təmizləyir, stressi aradan qaldırır və daha çox kalori yandırır.

Hava soyuqdur deyə yürüşlərə fasilə vermək doğru deyil.

Soyuq havada templi yürüş daha çox faydalıdır. Soyuq hava beyni təmizləyir, stress və gərginliyini aradan qaldırır, daha çox kalori yandırılmasını təmin edir. Gündüz yürüşləri serotonin hormonu səviyyəsini artırır, bu da aclıq istəyini azaldır. Odur ki, qalın geyinib yola çıxın və bu sadə məşqlə formanızı qoruyun.

Yürüş üçün qalın, eyni zamanda, rahat geyimlər seçin və mütləq papaq taxın. Çünki bu zaman yürüşdən böyük zövq alacaqsınız. Əllər, burun və çənə də ən çox üşüyən nahiyələrdir. Çox soyuq havalarda əlcək və şərf taxmağı unutmayın.

Mütəxəssislər soyuq havalarda klassik pambığın əvəzinə, bədəni daha quru və isti saxlayan yüngül və sintetik geyimlərdən istifadə etməyi tövsiyə edir.

10 dəqiqə isinin

Soyuq havalarda yürüşə çıxmazdan əvvəl isinmə hərəkətlərini yerinə yetirin. Ürəyinizin və əzələlərinizin hazır olması üçün isinmə hərəkətləri vacibdir.

Susuz qalmayın

Suya hər saniyə ehtiyacımız var. Soyuq havada da yürüşə çıxarkən su için. Yaz ayları qədər qışda da bədən suya ehtiyac duyur.







Oxşar mövzular:
  • Göbək yağlarını əridən qidalar - SİYAHI
  • İsti su içməyin 12 faydası
  • Sərinlənmək üçün soyuq su içməyin
  • Soyuq duş qəbulunun 10 FAYDASI
  • Soyuq havalarda qrip olmamağın sadə yolu


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III