Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Çox alış-veriş edən xanımlar, bu xəbəri oxuyun! - Şopoqoliklər kimlərdir? / PSİXOLOQ RƏYİ

  • Müəllif  Admin
Çox alış-veriş edən xanımlar, bu xəbəri oxuyun! - Şopoqoliklər kimlərdir? / PSİXOLOQ RƏYİ


Bəzi insanlar hər şeyləri olmasına baxmayaraq, alış-verişə həddindən artıq meyilli olurlar. Bu, həqiqətən bir xəstəlikdir”.

Bunu psixoloq Sona Quliyeva deyib. O, qeyd edib ki, şopoqoliklərin 90 faizi qadınlardır. Dünyada yalnız 10 faiz insan bu xəstəlikdən əziyyət çəkir.

"Tibbdə bu xəstəliyin bir neçə adı var. Daima nəsə yeni bir şey almaq istəyənlərin xəstəliyi şopomaniya, şopoqolizm, şopinqparanoya və onyomaniya adlanır. Bu cür insanların hər şeyləri olsa da, onlar daim alış-verişə ehtiyac duyurlar. Bu, həm psixoloji, həm də nevroloji bir problemdir.

Şopoqoliklərin iki növü var. Göstəriş edən şopoqoliklər və özünü rahatlatmaq üçün alış-veriş edən şopoqoliklər. Hər iki növün özünəxas xüsusiyyətləri var. Belə ki, göstəriş üçün şopoqoliklik edənlər istəyir ki, onların əşyalarını, marka geyimlərini, evlərini başqaları görsün. Digər şopoqoliklər isə daxilindəki boşluğu doldurmaq, rahatlamaq və sadəcə ehtiyacını ödəmək üçün alış-veriş edirlər.

Psixoloqlar deyir ki, şopoqoliklik depressiyadan çıxmağın ən yaxşı üsuludur. Lakin həddindən artıq olsa, artıq xəstəliyə çevrilir:

"Bu xəstəlikdən qurtulmaq üçün öncə insan şopoqolik olduğunu dərk etməlidir. Sonra iradəsinə qalib gəlməyə çalışmalıdır. Buna evdən çıxarkən, ancaq yol pulu götürməklə, mağazaya gedərkən siyahı tutmaqla başlaya bilərsiniz. Mağazada hər hansı əşyanı bəyənmisinizsə, onu dərhal almayın, düşünün, bəlkə də evdə ondan var. Əgər bütün cəhdlərinizə rəğmən bu xəstəlikdən qurtula bilmirsinizsə, psixoloqa müraciət etməlisiniz".



Oxşar mövzular:
  • "Sevgilinin parolunu bilmək istəyirsən?"
  • Güclü insanlar həyatın acı olduğunu bilir
  • Oxuyun və düşünün
  • Kişilərdəki qadına məxsus xüsusiyyətlər
  • Alış-veriş xəstəlikdirmi?


  • Gerİ dön


    1 şərh


    • men sopoqolik deyilem ehtiyacim olanda alis veris edirem amma her xanim kimi mende coxlu paltarim olsun istiyirem 14

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III