Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Pendir arıqlamağa kömək edir

  • Müəllif  Admin

 Pendir arıqlamağa kömək edir

Son elmi araşdırmalar göstərib ki, pendir artıq çəkidən xilas olmağa kömək edir. Əvvəllər belə hesab olunurdu ki, pendir qanda xolesterolun səviyyəsini qaldırır.

Orqanizmdə xolesterolun səviyyəsi yüksəldikdə ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski də artır.

Lakin Dublin Universiteti alimləri araşdırmalar nəticəsində belə qərara gəliblər ki, pendir nəinki qanda xolesterolun səviyyəsini qaldırmır, hətta arıqlamağa da kömək edir.

İndependent xəbər verir ki, araşdırmada müxtəlif yaşlarda olan 1500 insan iştirak edib. Məlum olub ki, qidalanmada çoxlu süd məhsulları olan insanlarda bədən kütləsi indeksi, arterial təzyiq və orqanizmdə piyin faizi bu məhsulları yeməyən və ya az yeyən insanlarla müqayisədə daha aşağıdır.

Maraqlıdır ki, yağlılığı az olan süd məhsulları ilə qidalanan insanlarda yağlı süd məhsulları ilə (bunlara pendir də aiddir) qidalanan insanlarla müqayisədə xolesterolun səviyyəsi daha yüksək çıxıb. Əvvəllər mütəxəssislər məhz yağlılığı az olan süd məhsullarını qəbul etməyi tövsiyə edirdilər ki, bu məhsullar xolesterolun səviyyəsini qaldırmır.



Oxşar mövzular:
  • Hər gün çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB
  • Yağlı, amma xeyirli
  • Uşağa çox süd verməyin, çünki...
  • Sızanağa səbəb olan qidalar...
  • Yağların əriməsini sürətləndirən 6 qida


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III