Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...

  • Müəllif  Admin
Çiy kartof dilimini hər gecə üzünüzə sürtsəniz...


Yaşla və ya səhhətinizdəki müxtəlif problemlər nəticəsində üzünüzdə qara ləkələr və piqmentlər yarana bilər. Bu, qeyri-sağlam qidalanma, eləcə də günəş şüalarının mənfi təsiri ilə də bağlı ola bilər. İstənilən halda problem dəridə öz izini qoyur.

Bu yazıda oxucuları piqment ləkələrinin öhdəsindən gəlməyə kömək edəcək səmərəli və təbii vasitələrlə tanış edirik.

 

 

1. Çiy kartof

Image result for Она натирала лицо кусочком сырого картофеля каждый день на ночь. Не знала, что это дает такой эффект!

Çiy kartofda bir çox faydalı maddələr, o cümlədən B vitamini var. Bu dəri hüceyrələrin yeniləşməsini sürətləndirir və təravətləndirir. Bunun üçün gecə yatmazdan əvvəl üzünüzü 10 dəqiqə çiy kartof dilimi ilə 3-4 dəfə silmək tövsiyə olunur. Əgər dəriniz həddən artıq qurudursa, kartof dilimini bir az su ilə yumaq olar.

 

2. Təbii yoqurt

Təbii yoqurt üz dərisinin müalicəsi üçün gözəl vasitədir. Onda dərini yumşaldan, nəmləndirən və ləkəni təmizləyən süd turşuları var. Yoqurtun maksimum səmərəli işləməsi üçün onu üzün ləkəli hissələrinə sürtün və sadəcə, 20 dəqiqə saxlayın. Bir neçə prosedurdan sonra effektini görəcəksiniz.

 

3. Əzvay

Müalicəvi əzvay bitkisi təkcə yanıqlarda və digər problemlərə kömək etmir. O, həm də dəri üçün əla vasitədir. Onda ölü hüceyrələri təmizləyən, dərinin regenerasiyasını gücləndirən və piqment ləkələrdən xilas olmağa kömək edən fermentlər var. Mütəxəssislər hər gün əzvay yarpaqların şirəsindən istifadə etməyi məsləhət görürlər. Bunun üçün üzünüzə hər gün sadəcə əzvay şirəsi çəkin.

 

4. Alma sirkəsi

Alma sirkəsində dərinin yenilənməsinə və təmizlənməsinə kömək edən bütöv bir təbii maddələr kompleksi var. Onun tərkibindəki xassələr piqmentləri azaltmağa kömək edir. Alma sirkəsinə batırılmış pambıq diskin köməyi ilə ləkələri silin. Bunu bir ay ərzində mütəmadi olaraq edin. Əgər dəriniz çox həssasdırsa və qıcıqlanırsa, onda sirkənin təsirini zəifləşdirmək üçün içinə bir az su əlavə edə bilərsiniz.

 

5. Sarıkök

Sarıkök dəri üçün həm çox gözəl müalicə, həm də iltihab əleyhinə güclü vasitədir. Təbii kosmetika tərəfdarları onu maska şəklində hər həftə istifadə etməyi tövsiyə edirlər. Bu, nəinki dərinin ümumi vəziyyəti yaxşılaşdıracaq, həm də piqment ləkələri azaltmağa kömək edəcək.



Oxşar mövzular:
  • Şampun əvəzinə alma sirkəsi istifadə edin
  • Bu bitkinin suyu, çox faydalı sayılır
  • Deriye qulluq
  • Məşhurlar dəri gözəlliyini nəyə borcludur?
  • Üz dərisinə qulluq


  • Gerİ dön


    1 şərh


    • MEN HEC BİRİNİ ETMİREM

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III