Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Möhkəm ombalar üçün 4 idman hərəkəti

  • Müəllif  Admin
Möhkəm ombalar üçün

Ombaları möhkəmləndirən bu məşqlərlə qısa müddətdə uğurlu nəticələr əldə edə bilərsiniz. Məşqlərlə yanaşı düzgün qidalanmaq da önəmlidir.

Məşqdə hər hansı problem yaşamamaq üçün əvvəlcədən isinmə hərəkətləri etməlisiniz. Ombalarınızı möhkəmləndirəcək 4 idman hərəkətini təqdim edirik:


Addım (Step)

Dik durun, ayaqlarınıza və qarınınıza diqqəti toplayın, qarşınıza qoyduğunuz ( kiçik masa, idman ştativi və s.) dayaqlarla tək ayağınıza qüvvət verərək çıxın. Digər ayağınızı özünüzə doğru çəkib, sonra özünüzə çəkdiyiniz ayağınızla yerə enin.


Geriyə təpik

İki dirsəyinizi və iki dizinizi 90 dərəcə bucaq altında bükün. Əllərinizin və dizlərinizin üzərində durun. Dizinizin bucağını dəyişdirmədən bir qıçınızı yuxarı doğru uzadıb geriyə təpik atırmış kimi edin. Oxşar hərəkəti digər qıçınız üçün də tətbiq edin. 20-25 dəfə hərəkəti təkrar edin.


Körpü qurma

Arxası üstə yerə uzanın. Qarnınızı və ombalarınızı sıxın. Qollarınızı iki yanınıza uzadıb dizlərinizi bükdükdən sonra özünüzü belinizdən yuxarı doğru qaldırın. Bu mövqedə 5-8 saniyə gözləyin və təkrar başlanğıc vəziyyətə dönün.


Geriyə ayaq itələmə

Məşq lentinin iki ucunu bir-birinə bağlayın. Lentin bir ucunu ayağınıza keçirin, digər ucundan əlinizlə tutun. Bir diziniz yerdə dayanarkən, lenti keçirdiyiniz ayağınızı geriyə doğru itələyin. Ayağınız, omba və kürəyiniz düz bir xətt meydana gətirəcək şəkildə uzansın. Dizinizi büküb ayağınızı önə çəkin, sonra təkrar geriyə itələyin. Oxşar hərəkəti digər ayağınız üçün də tətbiq edin.



Oxşar mövzular:
  • Ombaları ilə başı dərddə olan xanımlar... - artıq yağlardan belə qurtulun!
  • Amputasiya edilmiş ayağı üçün “İntagram”da səhifə açdı
  • Hamilə xanımları kökəlməyə qoymayan yüngül məşqlər - FOTO
  • Arıq qalmaq üçün ofisdə 5 hərəkət
  • Arıqlamağın yolları


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Azeri balasi123
           Нет
    Şərhləri: 136
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 27
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    REQSANE-1
           Нет
    Şərhləri: 16
     
    Aylin...
           Нет
    Şərhləri: 12
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 10
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III