Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Düzgün təraşın qaydaları - Kişilər, oxuyun!

  • Müəllif  Admin
Düzgün təraşın qaydaları

Düzgün təraş olmaq üçün hər şeydən əvvəl cildimizə uyğun təraş bıçağını və köpüyünü seçməliyik. Eyni zamanda üz qırxmaq üçün düzgün texnikadan istifadə etməyimiz təraşdan sonra üzümüzdə batıqların və müxtəlif səpkilərin meydana gəlməsinə də mane olacaq. Bunun üçün etməli olduqlarımızı aşağıdakı kimi sıralaya bilərik:

1. Hazırlanmaq
Təraş olmazdan əvvəl bütün üzünüzü ilıq su ilə yuyun, daha sonra təmizləyici gel ilə yaxşıca silin. Bununla siz əgər üzünüzdə hansısa yara varsa, ora müxtəlif mikrobların keçməsinin qarşısını alacaqsınız.

2. Saqqalı yumuşaltmaq
Kiçik bir dəsmalı isti suda isladıb 30 dəqiqə müddətində üzünüzdə saxlayın. Beləcə saqqalınız yumuşalacaq və onu qırxmaq daha da asanlaşacaq. Əgər duşdan yeni çıxmısınızsa, bu qədər uzun yoldan keçməyiniz lazım deyil. Bu zaman saqqalınız onsuzda islanır və onun kökləri daha yumuşaq olur.

3. Təraş köpüyündən istifadə edin
Su dərinizin üst hissəsini yumuşaldacaq, amma o cildinizin temperaturuna görə tez zamanda buxarlanacaq və daha dərin qatların yumuşalmasına mane olacaq. Buna görə də daha yaxşı olar ki, təraş köpüyündən istifadə edəsiniz, çünki o dərinizi əhatə edərək suyun tez zamanda buxarlanmasının qarşısını alır. Bunun üçün əlinizə kğpük sıxıb onu üzünüzə və boynunuza dairəvi şəkildə yaxşıca yayın. Təraşın rahat olmasını istəyirsinizsə, bu zaman az istifadə edilmiş təraş bışağına üstünlük verin.

4. Saqqalın üst hissəsini qırxmaq
Tıraşa almacıq sümüklərinizdən başlayıb çənənizin aşağısında dayandırın. Boyun hissənizi təraş etməyi sona saxlayın.

5. Boyun və yanaq təraşı
Çənənizin altını və boynunuzu yuxarıya doğru qırxın. Beləcə üzünüzdə kəsiklərin yaranmasına mane ola bilərsiniz.

6. Daha dərin təraş
Dərinizi əlinizlə tutub yuxarıya doğru dartın. Bununla tük köklərini daha dərindən təmizləmiş olacaqsınız.

7. Dodaq üstünün təraşı
Bu zaman əlinizlə ağızınızı maksimum dərəcədə gərginləşdirib yuxarıdan aşağıya doğru təraş edin.

8. Təraş bıçağının təmizlənməsi
Üzünüzü qırxan zamanı ülgücü tez-tez təmizləyin ki, aralara dolan tüklər təraşınıza mane olmasın.

9. Sonuncu dəfə nəzarət
Üzünüzdə qalan təraş köpüyünü ilıq su il yuyun və hər hansı bir yerdə tük qalıb qalmadığını yoxlayın. Bunun üçün təraş bışağını isladıb üzünüzdə asta formada hərəkət etdirin.

10. Nəmləndirici
Bir çox kişilər dəridə yandırcı təsir yaratdığı üçün təraşdan sonra nəmləndiricilərdən istifadə etmirlər. Halbuki təraş dəridə travmatik təsir yaradar və dərinin özünə gəlməsi üçün after-shave istifadə edilməsi şərtdir. Dəriniz yağlıdırsa, bu zaman spirtsiz tonik, qurudursa, yağlı kremlər və ya balzam istifadə etməyiniz daha məqsədə uyğundur. Normal dəriyə sahibsinizsə, bu zaman istədiyiniz tərkibli məhlullardan istifadə edə bilərsiniz




Oxşar mövzular:
  • Dırnaq boyasının qalıcı olması üçün bunları edin
  • Zeytun yağının bu faydalarını daha öncə heç yerdə eşitməmisiniz
  • Heykəltəraş
  • Çay insanı gözəlləşdirir
  • Avstraliyalı heykəltəraş Barbi gəlinciklərindən nəhəng dalğa yaratdı - Foto


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 13
     
    «     Mart 2021    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III