Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Qarpız doğrudan da möcüzədir! - Faydalarına inanmayacaqsınız

  • Müəllif  Admin
Qarpız doğrudan da möcüzədir!

Yaz aylarının ən sevilən giləmeyvələrindən olan qarpızın əvvəllər sadəcə şəkər və sudan ibarət, qidalandıcı dəyəri olmayan məhsul olduğu hesab edilirdi. Aparılan araşdırmalar isə qarpızın əslində çox dəyərli bir giləmeyvə olduğunu göstərir.

Qarpızın 92 faizi su, yüzdə 6 faizi isə şəkərdən ibarətdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir.

Qeyd edək ki, 150 qram qarpız gündəlik C vitamini ehtiyacının yüzdə 24,3 faizini, A vitamininə olan tələbatın 11 faizini ödəyir.

Qarpız ayrıca enerji hasilatı üçün vacib olan B, B1, B6 vitaminləri, maqneziumun miqdarı baxımından da zəngin bir mənbədir. Böyük hissəsi sudan ibarət olduğu üçün az kalorili olan qarpızın 200 qramında təxminən 50 kalori var. Bu səbəbdən hər kalori üzrə alınan qidalı maddələrin miqdarı çoxdur. Qarpızın daha bir faydası isə onun yüksək qan təzyiqini aşağı salmasıdır.

Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Bu güclü antioksidant orqanizmdəki sərbəst radikallarla mübarizə apararaq xərçəngdən müdafiə təsiri göstərir.

Osteoartrid, revmatoidli artrid və astma xəstəliklərinin bəzi simptomlarını zəiflədir. Araşdırmalar yaşıl çayla və likopenlə zəngin olan məhsulların birgə istifadəsinin sienergetik təsir yaradaraq orqanizmin xərçəngdən güclü şəkildə müdafiə olunmasına imkan verdiyini göstərir. Qarpızla bağlı müzakirə olunan daha bir mövzu isə onun tumlarının udulmasının apendisitlə bağlı problemlərə yol açması ilə bağlıdır. Qeyd edək ki, bütöv halda udulan qarpız tumlarının çox az hallarda apendisitə səbəb ola biləcəyi ehtimalı mövcuddur.



Oxşar mövzular:
  • Sabirabadda ``Qarpiz Festivali``))
  • Professorlarımız qara qarpız axtarırlar
  • sevdiyimiz meveler neçə kalorilidi ?
  • Qarpız xərçəng xəstəliyindən qoruyur
  • Qarpızın faydaları


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2017    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    ❤BANUUŞŞŞŞ🍓😍

    ❤BANUUŞŞŞŞ🍓😍

    1-06-2017, 11:36

    ⓁⓞⓋⓔ

    ⓁⓞⓋⓔ

    3-06-2017, 14:26

    Elçin Sangu

    Elçin Sangu

    7-07-2017, 09:19

    Style I Style II Style III