reklam
Rənglərin uyğunluğu Rənglərin uyğunluğu https://take.az/uploads/posts/2023-04/medium/1682797284_830c66e6-674c-4590-b5e4-022257b81699.jpeg
laluna

laluna Maraqlı 29-04-2023, 23:44

Rənglərin uyğunluğu

Rənglərin uyğunluğu
Rənglərin insan psixologiyasına təsiri çoxdan bəllidir. SİA-nın xəbərinə görə, rənglərin ən çox işləndiyi yer isə insanın paltarıdır. Özümüzə paltar seçərkən biz onun görünüşünə diqqət etməklə yanaşı, həm də rənginə fikir veririk. Rənglər həm insanın əhval ruhiyyəsini qaldıra, həm də ruh düşkünlüyü yarada bilər. Bəzən ən zövqlu insan da rənglərin uyğunlaşmasında çətinlik çəkir. Rənglərin mənalarını bilməklə onları seçmək daha asan olar.
Ağ rəng - bütün rənglərlə, çəhrayı və açıq mavi, qırmızı və ağ çaların rəngindən əmələ gələn tonlarla uyğunlaşır.
Qırmızı - sarı, ağ, qonur, göy və qara ilə daha çox uyğunlaşır. Qırmızı rəngi bənövşəyi və açıq bənövşəyi rənglə uyğunlaşdırmaqdan mümkün qədər qaçın.
Narıncı - mavi, göy, bənövşəyi və ağ tonlarla uyğunlaşdırmaq lazımdır. Bu zaman qırmızı və sarı çalarların yaratdığı ton əmələ gəlir. Sarı - mavi, bənövşəyi, açıq bənövşəyi rənglərlə çox uyğundur. Heç bir çaları və haşiyəsi olmadan istifadə olunan sarı rəng bir o qədər də cəlbedici deyil. Narıncı və sarı rənglər daha çox kontrast qara rənglə uyğun gəlir.
Qəhvəyi - hava, krem, sarı, çəhrayı, narıncı, yaşıl və bej rənglərlə ideal görünür.
Yaşıl - qəhvəyi, narıncı, açıq yaşıl, sarı və ağ rənglərlə, açıq yaşıl rəng isə ancaq boz və qara çalarlarla uyğundur. Bu soyuq və isti rənglər arasında aralıq mövqe tutur.
Göy - açıq və tünd çalarları daha çox istifadə olunur. Açıq göyü- ağ, sarı, narıncı, çəhrayı rənglərlə uyğunlaşdırmaq məsləhətdir. Bu zaman qırmızı və göy rənglər arasında olan rəng əmələ gəlir. Tünd göy- mavi, ağ, boz, qırmızı və sarı rənglərlə gedir.
Bənövşəyi - ağ, sarı, çəhrayı rənglərlə daha gözəl görünür. Bu zaman qırmızı və göy arasında olan rəng əmələ gəlir. Bənövşəyi rəngin açıq tonunu yasəmən rəngi adlandırırlar. Bu, sarı, narıncı, boz və ağ rənglərlə məqsədə uyğundur.
Qara, ağ və boz rənglərdən haşiyə kimi istifadə olunur. Qara rəngi yaxşı olardı narıncı, sarı, çəhrayı, yasəmən və salat tonlarla uyğunlaşdırasınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
207 255 265 200 209 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.