reklam
Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir https://take.az/uploads/posts/2023-04/medium/16826899764333635922_750x500.jpg
amon

amon İdman 30-04-2023, 09:06

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir start götürüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Loading.az'a bildiriblər ki, ölkəmiz turnirdə “Şuşa” komandası ilə təmsil olunur. Komandanın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış edir.

Beynəlxalq Futvoley Federasiyasının prezidenti, həmyerlimiz Vüsal Xəlilov turnirin açılış mərasimində yarışda iştirak edən komandaların üzvlərinə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məlumat verib.

Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.
Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir





Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
165 166 132 169 163 183

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.