Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İncə belə sahib olmaq üçün 5 idman hərəkəti

  • Müəllif  Admin
İncə belə sahib olmaq üçün

Sadəcə 15 dəqiqənizi alacaq, evinizdə edəcəyiniz bu idman hərəkətləri ilə belinizi bir ayda gözlə görüləcək şəkildə incəldəcəksiniz.


1. Əllərinizi yanınıza uzadıb beli üstə uzanın. Ayaqlarınızı düz uzadıb, bir-birinə yapışdırın. 45 dərəcəyə qədər qaldırın. Ayaqlarınızı bir-birindən ayırmadan yavaşca sağa əyin, belinizin qıvrıldığını hiss edin. Təkrar ayaqlarınızı ortaya gətirib, sol tərəfə əyin. İki tərəfdə də 2 saniyə saxlayın, 3 dəfə təkrar edin.

2. Ayaqlarınızı düz uzadıb, oturun. Ayaqlarınızı çiyinlərinizdən daha geniş açın. Qollarınızı iki yana açın. Çiyinləriniz 90 dərəcə olmalıdır. Sağ əlinizlə sol ayağınıza doğru uzanmağa çalışın. Təkrar əvvəlki vəziyyətə qayıdıb, bu dəfə sol əlinizlə sağ ayağınıza uzanmağa çalışın. Hərəkəti hər tərəfə 30 dəfə təkrarlayın.

3. Əlinizə ağırlıqlı lövhə alın. Oturub dizlərinizi qırın. Ayaqlarınızı yerə düz basın. 45 dərəcə geriyə yaslanıb, əllərinizi düz şəkildə önə uzadın. Sağa dönün, ilkin vəziyyətə qayıdıb, sola dönün. Hərəkəti hər iki tərəfə 30 dəfə təkrarlayın.

4. Yan tərəfinizdə oturun, ayaqlarınızı qırıq şəkildə yanınıza uzadın. Ayaqlarınızı və qarın əzələlərinizi istifadə edərək ombanızı yuxarı qaldırın. Yavaşca geri dönün, 8-dək sayın. Hərəkəti 15 dəfə təkrarladıqdan sonra eynisini digər tərəfinizlə də edin.

5. Üzüstə uzanın. Qollarınızı, sinənizi və ayaqlarınızı yerdən qaldırın. Bir müddət bu şəkildə qalın. Eyni anda sol ayağınız və sağ çiyninizi qaldırın, sonra digər ayaq və qol üçün eyni hərəkəti edin. 10 dəfə təkrarlayın. Hər dəfə 10 saniyə dincəlin.



Oxşar mövzular:
  • Möhkəm ombalar üçün 4 idman hərəkəti
  • Ayaqlarınız tərliyir, göbələk sizə əzab verir? - 15 qəpiklik çarə...
  • Ayaq tərləməsi və qoxusunun qarşısını almaq üçün 12 üsul
  • Ayaqlarda döyənək, göbələk, daban mahmızı (Təbii çarələr)
  • Arıq qalmaq üçün ofisdə 5 hərəkət


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2017    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    ❤BANUUŞŞŞŞ🍓😍

    ❤BANUUŞŞŞŞ🍓😍

    1-06-2017, 11:36

    ⓁⓞⓋⓔ

    ⓁⓞⓋⓔ

    3-06-2017, 14:26

    Elçin Sangu

    Elçin Sangu

    7-07-2017, 09:19

    Style I Style II Style III