Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yaz aylarında immuniteti gücləndirən qidalar - SİYAHI

  • Müəllif  Admin
Yaz aylarında immuniteti gücləndirən qidalar

Mövsümi dəyişiklik ilə əlaqədar baş verən yorğunluğun qarşısını almaq və immunitet sistemini gücləndirmək üçün çoxlu vitamin, mineral tərkibli qidalarla qidalanmaq lazımdır.

Mütəxəssislər yaz aylarında vitamin, protein və dəmir tərkibli qidaları süfrənizdən əksik etməməyi deyirlər. Zəifləyən immunitet sistemini gücləndirmək üçün cəfəri, bibər, soğan, kərəviz və brokoli kimi tərəvəzlər, çiyələk və kivi kimi C vitamini tərkibli meyvələrdən çoxlu yemək lazımdır. Mövsüm dəyişikliyi ilə əlaqədar artan stressi azaltmaq üçün B vitamini ilə zəngin yaşıl yarpaqlı tərəvəzlər, ət və süd məhsulları istehlak edilməlidir. Dəniz məhsulları, taxıllar, yumurta, brokoli, kələm, göbələk və turp yaxşı bir vitamin qaynağıdır.

Mütəxəssislər deyir ki, fındıq, badəm, qoz kimi yağlı toxumlular da maqnezium, selenyum və sink baxımından olduqca zəngindir. Yerkökü və balqabaq A vitamini və beta-kerotinlə zəngindir.

Sarımsaq və soğan isə antimikrobial və antiviral tərkibi ilə xalq arasında bilindiyi kimi antibiotik təsirə malikdir.

Hərəkətsizlik və qidalanma ilə bağlı olaraq əmələ gələn bağırsaq problemlərini minumuma endirmək üçün mütləq probiotik qidalara yer verilməlidir. Qatıq, kəfir, turşu önəmli probiotik qaynağıdır. Həmçinin probiotiklər immunitet sisteminin gücləndirilməsində olduqca təsirlidir.



Oxşar mövzular:
  • Siqareti tərgitmək istəyənlər, bu qidalardan çoxlu yeyin... - SİYAHI
  • Qadına hər yaşda lazım olan vitaminlər
  • İnsan sağlamlığı üçün faydalı qidalar
  • Qışda sağlamlığı qoruyan 8 meyvə: hər gün yeməlisiniz - SİYAHI
  • Fəsil dəyişdikdə nə etməli?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Tweety
           Нет
    Şərhləri: 1
     
    Heyatim?
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    trywork89578
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    MarikCobort
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III