Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ərik min dərdin dərmanıdır - Mövsümüdür, çox yeyin...

  • Müəllif  Admin
Ərik min dərdin dərmanıdır

Ərik sağlamlıq üçün olduqca faydalı meyvədir.

Ərik qəbizliyin qarşısını alır və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Kifayət qədər su içmədiyiniz və düzgün qidalanmadığınız zaman yetərli miqdarda qida lifini almamış olursunuz, beləcə qəbizlik meydana gəlir. Ən çox qida lifi ilə zəngin olan meyvələr içərisində yer alan ərik həm qəbizliyin qarşısını almaq, həm də qəbizliyi müalicə etmək üçün məsləhət görülür.

Sümüklər üçün önəmli olan kalsium, fosfor, mis, dəmir mineralları ilə zəngin olan ərik osteoporozdan (sümük xəstəliyi) qorunmaq üçün məsləhət görülən meyvələrdən biridir.

Əriyə rəng verən "Karotenoid” və "Lütein” piqmentləri üzərində aparılan araşdırmalar nəticəsində, bu piqmentlərin göz sağlamlığını qorumasına yardımçı olduğu və yaşla birlikdə ortaya çıxan göz xəstəlikləri riskini aşağı saldığı məlum olub.

C vitamini baxımından zəngin olan ərik və qreypfrut, portağal, çiyələk, yaşıl yarpaqlı tərəvəzlər yeməklə sarı nöqtə xəstəliyi, katarakta kimi xəstəliklərə tutulma riskini azalda bilərsiniz.

Flavonoidlərlə zəngin olan ərik damarların sağlamlığını qoruyur, varikoz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası üçün çox faydalıdır.

Ərik qızdırma salan vasitə kimi istifadə edilir. Qrip, soyuqdəymə kimi xəstəliklərin müalicəsinə yardımçı olur.

Dəmirlə zəngin olan meyvə və tərəvəzlər arasında yer alan quru əriyin 100 qramı 6 mg dəmirlə zəngindir.

Ərik beyinin fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.



Oxşar mövzular:
  • Kök şirəsinin - 10 FAYDASI
  • Piyləri əridən 7 ən effektli qida
  • İnsan sağlamlığı üçün faydalı qidalar
  • Ömrü uzadan meyvələr hansılardır?
  • Xərçəngdən, insultdan və infarktdan qoruyan giləmeyvə


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III