Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bu ölkələrə gedən şəxslərə nəzarət gücləndirilir - XƏSTƏLİK TƏHLÜKƏSİ

  • Müəllif  Admin
Bu ölkələrə gedən şəxslərə nəzarət gücləndirilir

Səhiyyə Nazirliyi tərəfindən malyariyaya görə endemik olan ölkələrə gedib gələn şəxslər və eləcə də belə ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarəti təmin ediləcək.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək,eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin Əmri ilə Fəaliyyət Planı təsdiq edilmişdir.

Fəaliyyət Planına sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüzivtəlim metodologiyasının yaradılmasına dair təkliflərin, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirin neytrallaşdırılması məqsədilə təkliflərin, istehsal və xidmət müəssisələrinin ISO 14001 üzrə sertifikatlaşdırılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması daxildir.

Fəaliyyət Planına gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilməsi tələb olunmayan sənədlərə dair təkliflərin hazırlanması və müvafiq qaydada icra edilməsi, gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlərin həqiqiliyinin gömrük orqanları tərəfindən yoxlanılması məqsədilə həmin sənədləri vermək səlahiyyəti olan qurumların elektron baza serverlərinə müvafiq qaydada giriş hüququnun təsbit edilməsi kimi bir sıra məsələlər də daxil edilib.

Sənəddə həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Belə ki, malyariyaya görə endemik olan ölkələrə gedib gələn şəxslər və eləcə də belə ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası, müalicəsi və kadrların hazırlanması, QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.



Oxşar mövzular:
  • Azərbaycanda siqaret çəkməyi tərgitmək istəyən şəxslər üçün xüsusi kabinet ...
  • Hər 100 qıza 114 oğlan düşür - Azərbaycanda demoqrafik problem
  • Hemofiliyalı xəstələr üçün yeni tədbirlər proqramı təsdiqləndi
  • Yaşayış yeri üzrə arayış almaq asanlaşdı
  • Hamilə qadınlara nəzarət artırılır


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    biployar
           Нет
    Şərhləri: 5
     
    Vannonossovik
           Нет
    Şərhləri: 4
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 3
     
    REQSANE-1
           Нет
    Şərhləri: 3
     
    mina))
           Нет
    Şərhləri: 1
     
    keil
           Нет
    Şərhləri: 1
     
    Harrykak
           Нет
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    MilaniBaw
           363546721
    Şərhləri: 1
     
    «     Noyabr 2017    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Onlar Bilmirlər ki...

    Onlar Bilmirlər ki...

    25-09-2017, 07:17

    Gırl

    Gırl

    26-08-2017, 20:53

    Style I Style II Style III