Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Çörək orqanizmə nə dərəcədə xeyirlidir? - Araşdırma

  • Müəllif  Admin
Çörək orqanizmə nə dərəcədə xeyirlidir?

Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ mövcud olmadığı dövrlərdə insanın bütün qidalar arasında çörəyə üstünlük verməsi, bəşəriyyəti çox mürəkkəb və çıxılmaz bir vəziyyətə salıb.

Lakin yüksək sivilizasiyalı ölkələrdə çörəyi geri qalmış ölkələrə nisbətən 5-10 qat az yeyirlər. Sən demə, çörək biz düşündüyümüz kimi dəyərli qida deyilmiş. Taxıl məhsulunun ən böyük qüsuru ondan ibarətdir ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Yəni, dəyişilməsi mümkün olmayan amin turşuları taxılda çox azdır, dəyişilənlər isə həddən ziyadə çoxdur. Lakin dəyişilənlər həyatımızda heç bir rol oynamır. Çünki hər hansı bir komponent çatmayanda, sağlam qan (və sağlam hüceyrə) yaranmır. Dənli bitkilərdən hazırlanmış qidanın bəlası ondadır ki, zülal tarazlığının pozulması və qeyri-mütənasibliyi sayəsində,orqanizm daha çox zülal xörəyi tələb edir. Bu xörəyi həzm etmək və qana çevirmək üçün çoxlu vitamin tələb olunur. Beləliklə də, adam orqanizmə lazım olduğundan qat-qat artıq qida qəbul edir. Acgözlük, qarınqululuq xəstəliyi, heyvandarlıq məhsullarına və spirtli içkilərə güclü meyl belə yaranır. Köklük xəstəliyi də bununla bağlıdır. İnsan bədəni möhkəmliyini itirir və qocalıq kök adamın başının üstünü tez alır. Həzmetmə orqanları xəstə olan, yaxud bədənində həzmetmə fermentləri çatışmayan şəxs öz menyusundan bişmiş çovdarı, buğdanı, arpanı, vələmiri çıxarmalı, onları bu dənlərin dəmləməsini, tərəvəzin özü və şirələri, qatıq məhsulları ilə əvəz etməlidir. Düyünü, qarğıdalını, kartofu, soyanı tərəvəz salatları və şirələri ilə birlikdə qəbul etmək çörək yeməkdən faydalıdır. Çörəyi cod (kobud üyüdülmüş) dəndən bişirmək məsləhətdir.Çünki bizim gemoqlabinimiz üçün çox lazım olan dəmir dənin qabığında cəmləşib. Çörəyi çox yemək bəşəriyyətin ən böyük bəlalarından biri sayılır. Bu xəstəlik bizim respublikanın vətəndaşları üçün daha çox təhlükə doğurur. Biz çörəyi həddən artıq çox yeyirik. Anlamaq lazımdır ki, tərkibində heç bir vitamin və faydalı mikroelement qalmayan çörək, üstəlik, özündə duzu, sodanı, mayanı və digər zərərli əlavələri cəmləşdirir. Həm də çörəyi elə qidalarla bərabər yeyirik ki,onların birlikdə yeyilməsi orqanizm üçün çox ziyandır. Çörək bir çox xəstəliklərin törəməsi üçün mənbə sayılır. Çörəyin həddən çox ayrıca qəbul edilməsi isə orqanizmə dəhşətli zərbə vurur. Lakin çörəyi digər qidalarla, xüsusilə zülalla zəngin olan heyvandarlıq məhsulları ilə birlikdə yemək daha böyük fəsadlar törədir. Çörəksiz yaşamağı heç cür ağlına gətirə bilməyən şəxslərə məsləhət olunur ki, heç olmazsa, aşağıdakı qaydalara əməl etsinlər: 

a) çörəyi az yemək; 

b) çörəyi bol-bol tərəvəzlər və göy-göyərti ilə birlikdə yemək; 

c) çörəyi digər zülallarla (ələlxüsus, heyvandarlıq məhsuldarı ilə) qarışdırmamaq; 

q) çörəyi meyvələrlə qarışdırmamaq.



Oxşar mövzular:
  • Ət yeməyinin yanında portağal suyu için
  • Hər gün çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB
  • Tez yorulmamaq üçün 7 tövsiyə
  • Fəsil dəyişdikdə nə etməli?
  • Hansı qidaları səhər yeməyindən çıxarmaq lazımdır?


  • Gerİ dön


    2 şərh


    • Cor?k orqanizm? n? d?r?c?d? xeyirlidir? - Arasd?rma » Take.Az | Aznetd? ?n real kollektiv..., 2017 Azeri mp3, 2017 turk mp3, 2016 xarici mp3, 2017 deyisme meyxanalar, 2017 azeri mahnilar, 2017 turk mahnilar, 2017 xarici mahnilar, 2017 yeni mp3ler, 2017 yeni mahnilar, 2017 turk mp3, 2016 xarici mp3, 2016 deyisme meyxanalar, azeri mahnilar, turk mahnilar, xarici mahnilar, 2017 yeni mp3ler, yeni mahnilar, moda, deb, yeni xeberler, musavat xeberleri, hava haqqinda xeberler, online oyun oynamaq, dini sekiller, sevgi sekilleri, romantik sekiller, lut qiz sekilleri www.TAKE.az | mp3,geyimler,sac duzumleri,proqramlar,sekiller,aforizmler,menali sozler,yumor,burcler,download,full albomlar,musiqi,ulduzlar,chat,forum

      Отличный Kino-Player смотрите и скачивайте
      фильмы, сериалы бесплатно и без рекламы.
      Сегодня добавленно:
      Гоголь. Начало (2017)
      Тайна 7 сестёр (2017)
      Малыш на драйве (2017)
      Оно приходит ночью (2017)


    • Zikulliks
    • Xəbərlər: 0
    • Şərhlər: 18
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    K_I_L_L_E_R
           Нет
    Şərhləri: 6
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 4
     
    boreç
           Нет
    Şərhləri: 4
     
    qjtuqeadoto
           82087816
    Şərhləri: 1
     
    HivyHoava
           4059627
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    ujonvyadoto
           4750216
    Şərhləri: 1
     
    fsafswadoto
           74482843
    Şərhləri: 1
     
    dwvxyxadoto
           87821215
    Şərhləri: 1
     
    qxkrdiadoto
           83535752
    Şərhləri: 1
     
    «     Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Style I Style II Style III