Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Suyun “7 möcüzəsi”

 1

 

 

Su təkcə fizioloji sağlamlığımız üçün yox, psixoloji sağlamlığımız üçün də faydalıdır. Ən azı ona görə ki, heç bir içki suyun malik olduğu xüsusiyyətlərə malik deyil.

1. Arıqlamaq üçün su için

Arıqlamaq istəyirsiniz? Elə isə çoxlu su için. Çünki su həm maddələr mübadiləsini sürətləndirir, həm də toxluq hissi verir. Artıq bundan sonra arıqlamaq o qədər də çətin deyil. Digər tərəfdən, yeməkdən əvvəl içəcəyiniz 1 stəkan su sizin həddindən artıq yeməyinizin qarşısını alar. Meyvə şirəsi və qazlı su əvəzinə içəcəyiniz su isə sizi əlavə 200 kaloridən xilas edər. Həmçinin, nə qədər çox su içsəniz, maddələr mübadiləsi daha çox işləyər. Xüsusilə, soyuq su içdikdə orqanizminiz suyu "qızdırmaq" üçün əlavə kalori sərf edər.

2. Həm enerji mənbəyi, həm də…

Özünüzü yorğun hiss edirsiniz? Elə isə 1 stəkan su özünüzə gəlmək üçün kifayət edər/ Digər tərəfdən, yorğunluğunuza səbəb orqanizminizdəki su itkisi ola bilər. İçdiyiniz suyun köməyi ilə qanınız hüceyrələrə daha çox oksigen çatdırar. Əgər kifayət qədər su içsəniz, ürəyiniz də həddindən artıq enerji sərf etməz. Digər tərəfdən, Amerikanın Loma Linda Universitetində 20.000 nəfər üzərində aparılan tədqiqatlar da gündə 5 stəkandan çox su içən adamlarda ürək xəstəliklərinin (infarkt da daxil olmaqla) gündə 2 stəkandan az su içən adamlarla müqayisədə daha az olduğunu göstərir.

3. Stresinizi su ilə azaldın

Beyin toxumalarımızın 85 faizini su təşkil edir. Əgər orqanizmimizdə kifayət qədər su yoxdursa, həm fizioloji, həm də psixoloji baxımdan özümüzü stres altında hiss edirik. Susuzluğa dözə bilməməyimizin bir səbəbi də əslində elə budur. Ona görə də, orqanizminizin məruz qaldığı bu stresi aradan qaldırmaq üçün (istər fizioloji, istərsə də psixoloji baxımdan) iş stolunuzun üzərinə su qoymağı unutmayın.

4. Əzələləri möhkəmləndirən "möcüzə"

Su içmək əzələlərimizdə vaxtaşırı meydana gələn qıcolmaların qarşısını almaqda da çox mühüm rola malikdir. Orqanizmimizdəki əzələlərin sağlamlığını qorumaq üçün də ən yaxşı yol çoxlu su içməkdir. Digər tərəfdən, idmançılar üçün məşqlərdən həm əvvəl, həm də sonra su içmək təkcə qıcolma ehtimalını aradan qaldırmır, həmçinin tez yorulmağın qarşısını alır.

5. Dərimiz üçün ən yaxşı qoruyuxu vasitə

Orqanizm susuz qaldıqda dəridəki qırışlar daha aydın nəzərə çarpır. İçdiyiniz su dərinizə nəmləndirici kremlərlə eyni "keyfiyyətə" malik təsir göstərir. Çox su içmək qan dövranını sürətləndirir, dəridəki hüceyrələrin yenilənməsini təmin edir və daha gənc görünmənizə kömək edir.

6. Həzm problemlərini həll etmək üçün…

Lifli qidalarla yanaşı, su da həzm sisteminin fəaliyyətinin nizamlanmasında mühüm rol oynayır. Digər tərəfdən, nə qədər lifli qidadan istifadə edirsinizsə-edin, əgər kifayət qədər su içməsəniz, liflər orqanizm tərəfindən kifayət qədər həzm olunmayacaq. Digər tərəfdən, su orqanizmdəki artıq maddələri "parçalayaraq" ifraz olunmasını asanlaşdırır. Su içmədikdə bağırsaqlarımızın səthi susuz qalır. Belə olduqda, həzm sistemimiz düzgün fəaliyyət göstərmir və nəticədə ağrılar baş verir.

7. Böyrək daşlarından su ilə xilas olun

Böyrəyində daş olanlar bunun nə qədər çətin bir şey olduğunu yaxşı bilirlər. Hər hərəkət edəndə ağrıya səbəb olan böyrək daşını çoxlu su içməklə orqanizminizdən "kənarlaşdıra" bilərsiniz. İçdiyniz su böyrək daşına səbəb olan duz və mineralları "parçalayaraq" bu problemdən xilas olmağınıza səbəb olar. Beləliklə, böyrək daşından xilas olmaq istəyirsinizsə, çoxlu su için.

Nə qədər su içməliyik?

Su içmək və onun faydaları haqqında danışdıq. Elə isə bir gündə nə qədər su içməliyik? Hər şeydən əvvəl qeyd edək ki, bu məsələ ilə bağlı göstərilən ən son rəqəm gündə 6 stəkandır. Fiziki işlə və ya idmanla məşğul olduqda, təbii olaraq, bu rəqəm arta da bilər. Digər tərəfdən, su ilə paralel başqa içkilərdən də istifadə edirsinizsə, bu rəqəmi azalda da bilərsiniz. Bəs gün ərzində 6 stəkandan az su içənlər nə etməlidirlər?

  • Özünüzlə bir şüşə su götürün, içməsəniz belə əlinizdə saxlayın.
  • İş yerinizdə stolunuzun üzərinə həmişə 1 stəkan su qoyun.
  • Yatağınızın yanına 1 stəkan su qoymağı unutmayın.
  • Hər gün içdiyiniz bir stəkan çay və ya qazlı su əvəzinə 1 stəkan su için.
  • Gün ərzində içməli olduğunuz 6 stəkan suyu birdəfəyə içməyin. Bu suyu gün ərzində fasilələrlə içmək daha yaxşı olar.

Əgər bu məsləhətlərə əməl etsəniz, suyun həyatınızda nə qədər böyük yeri olduğunu görəcəksiniz. Təbii ki, sağlamlığınızda da.

Tərkibində suyun miqdarı daha çox olan qidalar:
90%-i (və daha çox) su olanlar:

  • Qarpız
  • Çiyələk
  • Pomidor
  • Xiyar
  • Kərəviz
  • İspanaq
  • Brokoil

80-90% su olanlar:

  • Alma
  • Armud
  • Üzüm
  • Yerkökü
  • Portağal
  • Paxlalı bitkilər
  • Kartof


Oxşar mövzular:
  • Hər dənəsi şəfalıdır
  • ƏSLA YOX DEMƏYƏCƏYİNİZ 4-QİDA.
  • Suyun 7 möcüzəsi
  • Susuzluğumuzu necə yatıraq?
  • Halitozdan xilas olmaq üçün 20 yol


  • Gerİ dön


    13 şərh


    • tesekkurlerrrrrrrrrrrrrrrr

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:

    • PSM
    • 28 fevral 2012 17:48
    •  

    • wink wink wink wink wink wink wink wink wink thanks wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink wink


    • Xəbərlər: 14
    • Şərhlər: 1178
    • İCQ:


    • Su içmək əzələlərimizdə vaxtaşırı meydana gələn qıcolmaların qarşısını almaqda da çox mühüm rola malikdir. Orqanizmimizdəki əzələlərin sağlamlığını qorumaq üçün də ən yaxşı yol çoxlu su içməkdir. Digər tərəfdən, idmançılar üçün məşqlərdən həm əvvəl, həm də sonra su içmək təkcə qıcolma ehtimalını aradan qaldırmır, həmçinin tez yorulmağın qarşısını alır.


    • hadise
    • Xəbərlər: 4
    • Şərhlər: 145
    • İCQ: 1234678


    • book bilirdim)))))))))


    • Xəbərlər: 0
    • Şərhlər: 98
    • İCQ:


    • ThanksS...

    • --------------------------------------------
      Sən varsansa həyat çox gözəl !



    • LeylusSs
    • Xəbərlər: 24
    • Şərhlər: 418
    • İCQ:


    • maragli idi...xebere gore tewekkurler...

    • --------------------------------------------

    • Xəbərlər: 0
    • Şərhlər: 4211
    • İCQ:


    • men hec su icmirem eee bash

    • --------------------------------------------
      Bir ERKEK seni mahvetmeye YEMIN ettiyse merak etme, icer ve kendine eder,ama bir KADIN YEMIN ettiyse kesinlikle MAHVEDER..!!

    • Pervane
    • Xəbərlər: 51
    • Şərhlər: 564
    • İCQ:


    • Belkede bir gunde ne qeder su icirem allah bilir uje bir aya ceyranbatanin suyu quruyacaaq eee teshekkur)))

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • Tewekkurler maraqlidi


    • Xəbərlər: 0
    • Şərhlər: 0
    • İCQ:


    • Cox sagol maraqli idi

    • --------------------------------------------

    • Shebnem
    • Xəbərlər: 57
    • Şərhlər: 1749
    • İCQ:


    • Su olmasa yaşamaq olmaz e Gündəlik təlabat

    • --------------------------------------------
      Sayt ilə bağlı sual və problemlər üçün
      (+994)55 548 12 12 Pərvin

    • Xəbərlər: 2145
    • Şərhlər: 4838
    • İCQ:


    • aydaa menim qeder coxx su icen insan ola bilmezz

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • super)))


    • Xəbərlər: 0
    • Şərhlər: 151
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III