reklam
Məni istəmirəm bağışlayasan Məni istəmirəm bağışlayasan https://take.az/uploads/posts/2019-06/thumbs/1560789467loading.az_daa7b3b37def9ec5526b8e87bca4443e.jpg
Love Angel

Love Angel Sevgi / Şeirlər 29-06-2019, 11:45

Məni istəmirəm bağışlayasan

Məni istəmirəm bağışlayasan
Özgələri biçdi mən əkdiyimi,
Əməlim qaradır üzümlə birgə.
Dağ da çəkəmməzdi mən çəkən dərdi,
Sənə də çəkdirdim özümlə birgə,
Məni istəmirəm bağışlayasan.

Çığıra-çığıra qalmışam daha,
Ortada dolaşan bir dəli kimi.
Qurban ürəyinə, batma günaha,
Bütün suçlarımın bədəli kimi
Məni istəmirəm bağışlayasan.

Hər yerdə özümü unutdum deyin,
Az qala yadımdan çıxmışdı adım.
Əzab yuvasıymış sənin ürəyin –
Sənə zulum verdim, əzabkeş qadın,
Məni istəmirəm bağışlayasan.

Sənə çəkdirdiyim ölüncə bəsdi,
Ölərsəm, dərd daşı, batsan da yasa.
Bunu son sözüm bil, həvəsdi-bəsdi,
Göydə Allahımız bağışlasa da
Məni istəmirəm bağışlayasan.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
186 171 190 183 188 185

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.