Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Sevmək..

  • Müəllif  Deli_qiz
 
 
 Sevmək...bir bətində yaranmaqdır..
Bir bətində dəyişməkdir... böyüməkdir...
O bətindən doğulmaqdır.
Bir qucağa sığınmaq...bir ürəyə yığılmaq..
Sevmək..biraz iməkləməkdir, biraz sürünməkdir
Biraz da yıxılmaq...
Sevmək..ayağınla gəzərkən ürəyinlə uçmaqdır..
Biraz mələyə dönmək, biraz şeytana uymaq,
Hisslərinə bürünüb ağlını soyunmaqdır..
Ağılsız üşüməkdir, hisslərinlə yanmaqdır.
Sevmək..ağlamaqdır...
biraz səssiz,biraz möhkəm ağlamaq.
Göz yaşınla islada bilməkdir buludları.
Və boşalmaqdır
Sevgiyə susayan küçələrin, insanların üstünə.
Içirdib doyurmaqdır insanları sevgiyə.
Və niyə ?
Niyə deyə soruşmamaqdır ayrılarkən..
Biraz da ayrıla bilməkdir sevmək.
Biraz borc götürüb səbrin əlindən
Həsrətin borcunu ödəyə bilmək..
Biraz həsrət çəkə bilməkdir sevmək.
Bir xəyalın dizlərinə baş qoymaq,
Yuxuların yalanıyla ovunmaq,
Bəzən ağıllanmaq,
Bəzən dəli kimi gülməkdir sevmək.
Sevmək..sürgün olmaq kiminsə gözlərində
Edam olmaq..kipriklərdən asılmaq...
Biraz susmaq..biraz susmaq...
Və bağırmaq, və ulamaq..
Itlərin kölgəsində,canavar təkliyində
Və içində gizlətdiyin heyvanın səsində ulamaq...
Sevmək..bilmədən öyrənməkdir həyatın hər üzünə.
Sevginin tərifini öyrənmədən bilməkdir.
Biraz cəsur olmaqdır,biraz da gizlənməkdir.
Sevmək..bilmədiyin üzün güzgüsü olmaq.
Bildiyin yolların özgəsi olmaq.
Biraz ayağından asmaq yolları
Biraz parçalanıb yola dağılmaq.
Sevmək..azad olmaq küləklər kimi.
Biraz da azadlıqda boğulmaq...
Hərdən yorulmaq,hərdən dincəlməkdir.
Sevmək...biraz da ölməkdir.
Gülə- gülə, bilə - bilə ölmək.
Özündə ölüb, başqasında doğulmaq.
Canını ruhuna yükləmək, 
Sevdiyinə sürüməkdir....
Ölümə sevə - sevə yürüməkdir..
Bir ürəyə dəfn olunmaq,bir ürəkdə çürüməkdir.
Sevmək... biraz doğulmaq... biraz yaşamaq... biraz da ölməkdir...

 



Oxşar mövzular:
  • `”*°•.Statuslar(2).•°*”`
  • Sevə Bilmək...
  • SEVMƏK NƏDİR?
  • Mənə biraz ondan danış
  • Sevmək Gözəldir..


  • Gerİ dön


    7 şərh


    • Canını ruhuna yükləmək,
      Sevdiyinə sürüməkdir....
      Ölümə sevə - sevə yürüməkdir..
      Bir ürəyə dəfn olunmaq,bir ürəkdə çürüməkdir.
      Sevmək... biraz doğulmaq... biraz yaşamaq... biraz da ölməkdir...

    • --------------------------------------------
      Goyde axtarib da yerde tapdigim olmadi hec..
      Ama yerde axtarib goyde tapdiqlarim cox oldu......
    • ❤FeRidE❤
    • Xəbərlər: 108
    • Şərhlər: 2405
    • İCQ:


    • sevib terk edilmeyi menden yaxşi bilen olmaz yeqinki

    • --------------------------------------------
      Togrul_Melek
    • H.Mələk
    • Xəbərlər: 89
    • Şərhlər: 910
    • İCQ:


    • cox gozeldi

    • --------------------------------------------
      Никогда не убивай ребенка внутри себя! Не убивай....чтобы каждый раз, когда упадешь, ты смог сказать: "А мне не больно!"
    • Xəbərlər: 181
    • Şərhlər: 908
    • İCQ:

    • H.L
    • 17 fevral 2014 21:00
    •  

    • əlaaaa....qeyd şərtsiz əla mətndi...çox şey ifadəsin tapıb...sağol bacı belə bir xəbər üçün...

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:


    • yayy ne gozel sozler idi adamin ureyine iwdiyir sozler cox gozel idi cox beyendim tewekurler elelrive saglik


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • Sevgi ele bir hissdiki onu basa salmaq olmur yalniz ureyinle hiss ede gozlerinle gore biler basqa hec cur anlamarsan sevgi nedir
      cox sagol xebere gore

    • --------------------------------------------
      Unudulmayan xatirələr ya gözəldir,ya da acı.
    • Hemide
    • Xəbərlər: 39
    • Şərhlər: 656
    • İCQ:


    • ufff super sozler idi canim amma bilmedim sen yazmisan yoxsa yox ...Axira qeder oxudum her bir cumlede bir mena var idi her biri basqa bir gozelliye malik idi ....Xahis edirem bunun yalniz menasini basa dusenler yazsin cunki bu cur gozel xeberi korlamaq olmaz cox sagol canim elleirne salik )

    • --------------------------------------------
      Burda qocalib ölmək istədiyim vaxtlar olub həyatimda..Amma saytim sagolsun əlindəkilerin dəyərini bilmək əvəzinə daima itirə-itirə gəzir...Menimde heyatda en qorxdugum sey terk edilmek olub..Dediklerim bezilerine mraqsiz geel biler amma bu menim oz dusuncemdi ...Kimisi bura eylenmeye ,kimisi tamam basqa meqsedlerle girir bura..Amma men sadece onu deyim ki menim en onemli vaxtimda cox seyleri oyretdin mene saytim..Buna gore sene borcluyam..Amma cox tesuf ki itirirsen amma calis qazan kecmisde buraxdiqlarini onlar senin ilk goz agrindilar ..Sadece bundan sonra qazanmaga calis saytim..Ozunuze yaxsi baxin meni sevmeyenlerde sevenlerde her kese oz Real heyatinda Ugurlar..


    • .....
    • Xəbərlər: 270
    • Şərhlər: 3042
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III