Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Özünə yaxşı bax...


Özünə yaxşı bax...

 


"Özünə yaxşı bax"
bir vida deyil əlvida cümləsidir çox vaxt. O üç sözdən çox daha çoxunu gizləyər içində...

"Özünə yaxşı bax." Çünki bundan sonra mən yanında olmayacağam. Ola bilməyəcəyəm. İstəsəm də istəməsəm də. Sevdim bir zamanlar səni, hələ də sevirəm və məndən sonra da xoşbəxt olmağını istəyirəm. Olar da bir gün dönsəm səni yaxşı tapmaq istəyirəm."

"Özünə yaxşı bax. Çünki bundan sonra özündən başqası olmayacaq yanında sənə baxacaq. Mən olmayacağam. Özünə yaxşı bax və məni düşünmə. Çünki mən də səni düşünməyəcəm artıq. Axtarma əsla məni, yazma, çünki mən yazmayacam. Sil məni ürəyindən, çünki mən siləcəyəm. Lakin, yaşanılan, paylaşılan gözəl şeylər xatirinə sənə ürəkdən xoşbəxtliklər diləyirəm. Və mən bir daha dönməmək üzrə gedirəm."

"Özünə yaxşı bax. Aramızda keçən hər şeyə rağmən məndən sonra yaxşı olduğunu bilməyi seçərəm. Əslində bilmirəm çox əhəmiyyətli deyil, yaxşı olduğunu fərz edəcəyəm mən. Səni bir daha əsla görməmək üzrə gedirəm mən, səni özünlə baş-başa, yapayalnız buraxıram mən. Bilirəm özünü buraxacaqsan məndən sonra, ona görə yaxşı bax deyirəm. Əslinə baxsan, çox da çox əhəmiyyətsiz hesab edirəm."

"Özünə yaxşı bax deyərlər və gedərlər. Ehtirasla sevənlər, bəzən birdən çox söyləyərlər bunu. Çünki onları ayırmaq, əti dırnaqdan ayırmaq kimidir. Asan asan qopa bilməz onlar, zaman çox acı vericidir, ürək parçalayıcıdır. Hər səfərində azalan ümidlərlə geri dönər və yenə "Özünə Yaxşı Bax" gözləriylə ayrılarlar. Ta ki ümid də, sevgi də tükənənə qədər...Ta ki son əlvida məzar səssizliyinə bürünənə qədər…"

Tutqunun kənarında sevənlər, bir dəfə "Özünə Yaxşı Bax " deyərlər və gedərlər. Onlar əti dırnaqdan ayırmaq yerinə ölümü istəyərlər. Onlar bu ağrını bir kərədən çox qaldıra bilməyəcəklərini bilərlər.

"Özünə yaxşı bax" deyərlər və gedərlər. Bu sözlərin içində xəyanət yox, heç bir zaman ola bilməz deyərlər və gedərlər. Ən böyük xəyanət deyilmi əslində səni sevəni, ehtiyacı olanı üz üstə buraxıb getmək. "Özünə yaxşı bax" deyərlər və gedərlər. Səni susqunluğa məhkum edib gedərlər. Səni parçalara ayırıb, ən böyük parçanı yanlarına alıb gedərlər. Səni səndən alıb gedərlər.

Daha pisi günahlandıra bilməzsən onları bütün bunlar üçün. Özünə yaxşı bax deyib gedənin etibarlı bir səbəbi vardır əlbət. Günahlandırmaz özünü. Döyüşmədikləri üçün hirslənərsən amma günahlandıra bilməzsən. Döyüşmüşlərsə, məğlub olduqları üçün hirslənərsdən amma günahlandıra bilməzsən. Məğlub olduğun üçün hirslənərsən amma günahlandıra bilməzsən… Ayrılığın qaçınılmazlığına inandırar səni, özünə yaxşı bax deyərlər və gedərlər. Əlindən ümidlərini, xəyəllarını, sevgilərini alıb gedərlər. Bir tək xatirələri buraxarlar geridə, bir də xatırladıqca gözyaşlarına boğulasan deyə unudulmayan nəğmələr.

Arxalarına baxmadan çəkib gedərlər əgər tək qalmışsansa, çünki insafsızlıqlarını görmək istəməzlər. Hər şey o saniyə orada bitsin, bağlansın bu səhifə istəyərlər. Bitdi deyə bilmədikləri üçün, özünə yaxşı bax deyərlər. Qırıldım və bağışlaya bilmirəm; deyə bilmədikləri üçün özünə yaxşı bax; deyərlər. Səni istəmirəm artıq, həyatımdan çıxaracağam amma bil ki heç unutmayacağam; deyə bilmədikləri üçün özünə yaxşı bax deyərlər. Bilirəm çox qanayacaqsan amma daha yaxşısını edə bilmirəm; deyə bilmədikləri üçün özünə yaxşı bax deyərlər. Vicdanlarını rahatlaşdırmaq üçün özünə yaxşı bax deyərlər, çünki o qan uzun müddət axacaq və o yara əsla bağlanmayacaq, bilərlər.

"Özünə yaxşı bax" bir nöqtədir çox vaxt. Özünə yaxşı bax dəmə mənə, yalnız pisliklər nöqtələnsin istəyərəm mən. Halbuki sən yaxşısan… Sən gözümdəki işıq, dodağımdakı təbəssüm, sən içimdəki sevincsən. Sən həyatıma rəng qatan, sən ürəyimdəki döyüntü, sən həyatımdakı sevincsən. Sən yolumu işıqlandıran, sən dərd ortağım, sən könül yoldaşım, sən bir dənəsən. Özünə yaxşı bax dəmə mənə. Nöqtə qoyma.

Kaş ki belə yaşanmasaydı bəzi şeylər, kaş ki bağışlaya bilsən məni, kaş ki mən də bağışlaya bilsəm… Kaş ki çevirə bilsək zamanı geriyə. Kaş ki bu günki ağılımızla yaşasaq hər şeyi başdan. Nafilə... Amma yenə də, getməsən olmazmı? Bitməsək olmazmı? Sən əskikkən, mən necə tam olaram? Səndən qalan boşluğu kimlərlə dolduraram? Döyüşsək, aramıza girən şeytanla olmazmı? Hani böyük eşqlər hər cür maneəni aşardı, hani gerçək dostluqlar hər imtahanı keçərdi, hani sevgi enində sonunda qazanardı? Hani həyatda heç çirklənməyəcək dəyərlər vardı? Hani ən böyük zəfərlər, ən qanlı döyüşlərin ardından qazanılardı? Bunların hamısı yalanmı? Doğrudan..., getməsən olmazmı? Bitməsək olmazmı?……….

Yaxşı o zaman... Sənin istədiyin kimi olsun... elə isə. ..Sen də Özünə Yaxşı Bax.


[



Oxşar mövzular:
  • Özünə inamın nəticəsi
  • Sevgi budağı
  • Danışmağa ehtiyacım var, biriylə deyil, səninlə..
  • Özünə söz ver
  • Bağışla məni!


  • Gerİ dön


    5 şərh

    • Turu
    • 4 iyul 2014 01:04
    •  

    • Kawki bitmemyeydi,kawki((((((((((((((((


    • Turu
    • Xəbərlər: 0
    • Şərhlər: 2
    • İCQ:


    • bir hissesini oxudum maraqli idi twkler

    • --------------------------------------------
      Никогда не убивай ребенка внутри себя! Не убивай....чтобы каждый раз, когда упадешь, ты смог сказать: "А мне не больно!"
    • Xəbərlər: 181
    • Şərhlər: 908
    • İCQ:


    • Sitat: Ulka Gulaliyeva
      deyecek sozum yoxdu...
      yazilanlarin hamisi dogrudu.twk.

      səninlə razlyam

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • deyecek sozum yoxdu...
      yazilanlarin hamisi dogrudu.twk.


    • G.U
    • Xəbərlər: 33
    • Şərhlər: 1227
    • İCQ:


    • Özüne yaxwi bax birde baxa bilmeyeceksen...

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Yanvar 2021    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III