reklam
Torpaqlayın üstümü.. Torpaqlayın üstümü.. https://take.az/uploads/posts/2021-02/1613632071_loading.az_rrk4ntoo6va.jpg
ice berg

ice berg Şeirlər 18-02-2021, 14:41

Torpaqlayın üstümü..

Torpaqlayın üstümü..
Tale təsadüfdürmü, ya qərəzli qəsddirmi?
Ocağımı söndürüb, saxlamayıb tüstümü.
«Allah, Allah» deyərək, dərddən qaçdıq əzəldən,
Çox köməklər istədim, Tanrı məndən bezdimi?
Daşdan daşa dəyəndə, «bərkiyirsən» dedilər.
Tutmağa əl axtardım, kimsə əlini verdimi?
Tanrıya dua edib, bəxt dilədim özümə -
Əlvan rənglər durarkən, qara verdi bəxtimi.
Səhrasız Məcnun kimi eşqə sərasər oldum.
İndi isə özgəyə «yar» söyləyir sevgilim.
Həyatda məna gəzib, dondum fikirlərimdə,
Nə yaman üşüyürəm — torpaqlayın üstümü..


Cavidan Hacıyev..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 241 262 257 234 211

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.