Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Qadın ürəyi

Qadın ürəyi

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın üryi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

…Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!

- Tofiq Bayram


Oxşar mövzular:
  • Dahi şəxslərin Qadınlar haqda dedikləri -
  • Əhəd Əhədli - Qadın...
  • Mən bir qadın sevmişdim...
  • Qadın və kişi ürəkləri arasındakı - FƏRQLƏR
  • Qadın ürəyi


  • Gerİ dön


    2 şərh


    • Vaaooo qeshey yazilib. Cox beyendim

    • --------------------------------------------
      ♏ЄИĪ♏ ЦĈЦИ ĦЄ¥Âƚ $ЄИÐЄИ ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:


    • Soz ola bilmez qadin ureyini bu seir cox gozel bildirim. Tesekkurler

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 192
    • Şərhlər: 2354
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Azeri balasi123
           Нет
    Şərhləri: 83
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 15
     
    REQSANE-1
           Нет
    Şərhləri: 15
     
    Aylin...
           Нет
    Şərhləri: 11
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 8
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III