Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mən səni deyil səni sevməyi sevirəm, yaxşıki yoxsan...

Mən səni deyil səni sevməyi sevirəm, yaxşıki yoxsan...

Noyabr ayı.. Qırıq və köhnə bir stolda oturmuş pəncərənin qarşısında mənzərəni seyr edirəm.. Hava qəribədi bugün.. Soyuq.. Tutqun.. Bürkü.. Külək.. Yağış.. 'Bu hava.. Bir dərdi olub içdən əzab çəkən.. Amma kimsə başa düşməsin deyə hər cür əhval-ruhiyyəyə sahib olan birisinə bənzəyir.. Eyni mənə.. Sənə..

Ona.. Bir başqasına'.. deyə düşündüm.. Bu an günəş çıxdı.. Onsuzluqdan yol çəkən badəm gözlərim parıldadı. 

Şüalari qocalmış əllərimin üstündə göründü...

Çox saf gülümsəmə gəldi simama.... Həmin an yağış yağdı... Necə də nifrət edirdim.... Sənə etdiyim kimi... Səsi.. Səndə olduğu kimi idi.. Birinci xoş sonrası itici.. Hələ bu damlalarin bədənimə toxunması... Üzümə.. Dodağıma... Saçlarıma... Allahım.. İyrənirdim.. Sadəcə iyrənirdim...Səndən sevdiyim.. Səndən...Sənə aid olan hər şeydən.. Keçdim qaranlıq bir otağa. Şamı yandırdım. Və qarşımda qara bir dəftər içimdəkiləri dinləməyə hazır kimi.. Yenə bir qələm acılarımı yazmağa köməkçi sanki... Olmaz.. Bugün ağlamağımdan... Səni canımı verəcək qədər çox sevməyimdən.. Qoxunu başqa birində axtarmağımdan.... Əllərini ürəyimdə hiss eləməyimdən yazmayacam.. Yaza bilməyəcəm.. Onsuz dəyərimi bilməyən birinə verdiyim dəyər nəyə dəyər sevdiyim ? Gəl şərəfsizliyindən yazım.

Yox.. Bəlkə vicdansızlığından? Ya hissiyatsiz olmandan? Tərk edişin? Sözlərin? 

Hansı birini yazsam bitər bu həsrət? Hansı biri içimdəki yanğını söndürər? Heç biri... Bax bu qədər əclafsanmış sən.. Əclaf..

Bir kibrit çöpü oldun sən.

 Sevdirdin özünü.. Getdin... Yandım... Və.... Məlhəmim idin... Can ağrım oldun... Sən məni böyütdün sevdiyim. Sevmək necə olur hiss elətdirdin. Nifrət etməyi, acı çəkməyi öyrətdin mənə. Güclü birisi etdin. Güclü birisi oldum mən. Gedişinlə çox şeyi dəyişdirdin. Məni.. Hisslərimi.. Başqa birisinə çevirdin. Üzülməyən. Və asanlıqla qəlb qırıb tərk edəcək birisinə... Özünə bənzətdin... Sadəcə mən siqaretə meyilli bir xərçəng xəstəsi... Sən bu xəstəlikdən ölmüş birisi.. Ama indi... Yaxşı ki, yoxsan sevdiyim. Yaxşı ki, mənim deyilsən..

 



Oxşar mövzular:
  • Sənlə Sənsiz olmuşam
  • Artıq Bitdi...
  • ....Ürəyimin içində eşq ağladı....
  • Bəzən o qədər tənhalaşıram ki..
  • Həmişə gözlədim səni...


  • Gerİ dön


    2 şərh


    • A tesadufe bax. Biraz evvel olarki instagram sehfelerinden birinde gordum...screenshots eledimki take.azda paylawacam sonra sende gordum ...yazinin basligi superdi ele hemcinin yazida...ama basligi bir ayri lezzet eledi....
      Yaxsiki yoxsan yaxsiki menim deyilsen.


    • sen menim ozume elediyim en boyuk hormetsizliyimsen
    • Xəbərlər: 132
    • Şərhlər: 621
    • İCQ:

    • Cruze
    • 14 noyabr 2016 07:52
    •  

    • Salam Tehran Turan-Mecburi Evlilik seiri var Insanlara Tövsiyə kimi dir marağlı xeber olar yerleşdirin zəhmət olmasa Mp3 Kimi yerleşdirin belke insanlara kömək oldu


    • Ramin
    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III