Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Sevdiyiniz adamı unutmağın yolları - Bütün aşiqlər oxusun

  • Müəllif  Admin

Sevdiyiniz adamı unutmağın yolları - Bütün aşiqlər oxusun

 


Eşq dünyanın ən gözəl duyğusudur. Lakin bəzən sevdiyiniz şəxs sizə eyni hisləri verməyə bilər. Bu zaman insanın həyatı dözülməz olur. Özünüzü günahlandıra, ona əsəbiləşə bilərsiniz.

Lakin bu cür davam edə bilməzsiniz. Ən yaxşısı onu unutmaqdır. Bəs necə? Sevgilini unutmağın bəzi yollarını təqdim edirik:

 

Aşiq olduğunuzu qəbul edin

İlk addım qəbul etməkdir. Bəli, aşiq oldunuz və o, sizə qarşı eyni hisləri keçirmədi. Çətin ola bilər, ancaq fərqi görəcəksiniz.

 

Gerçəkləri qəbul edin

Aşiq olduğunuz adam evli ola bilər, düşündüyünüz qədər yaxşı biri olmaya və ya sizi istəməyə bilər. Sizin birlikdə ola bilməməyinizin səbəbi hər nədirsə, bunu qəbul edin və inad edib yerinizdə saymaq əvəzinə yolunuza davam edin.

 

Sizin şəxsiyyətinizlə əlaqəsi yoxdur

Birinin sizin sevginizə cavab verməməsi sizdə hansısa problemin olması demək deyil. Siz aşiq olmazdan əvvəl kim idinizsə, yenə osunuz. Səhv bir şey etməmisiniz. Siz duyğularınıza nəzarət edə bilmədiyiniz kimi, qarşınızdakı insan da edə bilməyə bilər.

 

Əsəbiləşmək heç bir işə yaramaz

Sizinlə eyni fikirdə olmadığı üçün əsəbiləşməyin mənası yoxdur. Əsəbiləşmək sağlamlığınıza zərərli olmaqla yanaşı, onu geri qaytarmayacaq. İnsanlar aşiq olacağı adamı seçə bilmir. Siz ona aşiq olduğunuz kimi o da başqasına aşiq ola bilər.

 

Özünüzə zaman verin

Hələ də əziyyət çəkdiyiniz üçün özünüzü günahlandırmayın. Könül yaralarının sağalması zaman alır. Özünüzə bir az vaxt verin. Gün keçdikcə daha yaxşı olacaqsınız.



Oxşar mövzular:
  • Kişi aşiq oldusa.
  • EŞQ SƏBR iSTƏYƏR
  • Qarşılıqsız Eşq Nədir?!
  • Sizə uyğun olanı seçin
  • Ən yaxın dostunuza aşiqsinizsə nə etməli?


  • Gerİ dön


    1 şərh

    • boreç
    • 1 sentyabr 2019 23:48
    •  

    • 3 ildən çoxdu artıq unuda bilmirəm sanki ilk gündəki kimi sevirəm amma özümü aldadıramki unutmuşam amma bu heç vaxt olmayacaq mən artıq qəbul etmişəm....səninçün çox darıxmışam (

    • --------------------------------------------
      23.10.2013
    • .....
    • Xəbərlər: 28
    • Şərhlər: 108
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III