reklam
Namaz qılmamağın cəzası. Namaz qılmamağın cəzası. https://take.az/uploads/posts/2023-05/medium/1683031025_0695cb881d58bff7532a08473c4b83a3.jpg
n2006

n2006 İslam Dini 3-05-2023, 18:00

Namaz qılmamağın cəzası.

Namaz qılmamağın cəzası.
Namaz möminin ilk hesaba çəkiləcəyi əməldir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:
"Axirətdə, qulun hesaba çəkiləcəyi ilk əməli onun namazıdır. Əgər namazı düzgün olsa, işi yaxşı gedər və qazanclı çıxar. Namazı düzgün olmazsa, itirər və zərərli çıxar. Əgər fərzlərindən bir şey nöqsan çıxarsa, Əziz və Cəlil olan Rəbb'i: 'Qulumun nafilə namazları var mı, baxın?' deyər. Fərzlərin əskikliyi nafilələrlə tamamlanar. Sonra digər əməllərindən də bu şəkildə hesaba çəkilər. "(Tirmizî, Məvâkît 188; Əbû Dâvûd, Salat 149; Nəsâî, Salat 9)
"Qəbir axirət dayanacaqlarından ilk dayanacaqdır. Kim ki qəbirdə işi qurtardı, arxası yaxşıdır. Bir kimsə qəbirdə işi qurtaramadıysa, gerisi pisdir. "(Ramuz əl-Əhadis, 105/12)
Namaz , qəbirdə ilk başımıza gələcək əzab ondan olacaq. Orası çətin olarsa, məhşər də, Sırat da çətin olacaq. Günəşin təpəmizə bir mil qədər yaxınlaşdığı, hər kəsin öz dərdinə düşüb anasından, atasından, arvadından və uşaqlarından qaçdığı həşr meydanında halımız necə olar?
Gəlməsi qəti olan "o gün" hələ gəlmədən öncə tədbirimizi alaq. Axirətdəki peşmanlıq fayda verməz. O gün ömürlərini boşa istehlak etdiklərini açıq-aşkar görən bəzi insanlar, "Nə olar, bizi təkrar dünyaya göndər xeyirli işlər görək." deyə Rəbbimizə yalvaracaqlar. Amma bu imkan verilməyəcək. Çünki, dünya imtahanı bir dəfədir və təkrarı yoxdur.
Namazı heç bir bəhanə olmadan qəzaya buraxmanın cəzası çox böyükdür. Namazı qılmamaq, cəhənnəm əzabını heçə saymaq deməkdir. Bir kibriti yandırsaq, sadəcə çöp sönüncəyə qədər əlimizi atəşinə tutmağa qalxsaq, acısına dayana bilmirik. Yüz dərəcədə qaynayan suya əlimizi sal bilmirik.
Allah'ın əzabına qarşı laqeyd ola bilərikmi?
Bu ayə tərcüməsi, Allah'ın əzabına qarşı özünü etibarda hiss etmənin böyük bir xəta olduğunu göstərir:
"Yoxsa onlar, nemətlər içində üzərkən Allah'ın əzabının qəflətən gəlməyəcəyindən mi əmin oldular? Ziyana düşmüş bir topluluqdan başqası isə Allah'ın əzabından əmin olmaz. "(Əraf, 7/99)
Heç kim, Allah'ın əzabına qarşı qorxusuz və maraqsız ola bilməz. Üstəlik namaz kimi bir ibadət söz mövzusu olduğunda, özümüzü rahat hiss edə bilmərik.
Bəzi kimsələr, "Mən yanmayacağam, ruhum yanacaq." kimi həqiqətlə əlaqəsiz sözlər sərf edirlər. Cəhənnəm əzabı, bədənə və ruha tətbiq edilir. Həm ruha belə şamil olsa, ruh bizim deyil mi? Üstəlik cənnətə gedib Sonsuzadək Xoşbəxt olmaq varkən, niyə əzaba talib olaq?
Namazı qılmamaq dünya və axirətdə əzaba səbəb olur. Axirətdəki əzabla əlaqədar olaraq Allah Təâlâ belə buyurur:
"Onlar günahkarlardan soruşarlar: Sizi Sakar cəhənnəminə sürükləyən nədir? Günahkarlar belə cavab verirlər: "Biz namaz qılanlardan deyildik." (Əl-Muddəssir, 74 / 40-43).
"Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi.Onlar bu azğınlıqlarının cəzasını yaxında görəcəklər. Lakin tövbə edib, iman edən və saleh əməl işləyən bunun xaricindədir." (Məryəm, 19/59, 60).
Hz. Peyğəmbər (s.a.s) 'də belə buyurmuşdur:
"Bilərək namazı tərk edən kimsədən Allah və Rəsulunun zimməti (qoruması) qalxar." (Əhməd b. Hənbəl, IV, 238, VI, 461).
"Kim əsr (ikindi) namazını tərk edərsə, əməli boşa getmiş olar." (Buxârî, Məvâkît, 13, 34; Nəsai, Salat, 15).
"Kim, əhəmiyyət verməyərək üç cümə namazını tərk etsə, Allah-Təâlâ onun qəlbinə möhür vurar." (Nəsâî, Cümə, 2; Tirmizî, Cümə 7; İbn Macə, İqamə, 93).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 201 241 189 246 197

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.