Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əhəd Əhədli - Gəl, gözləyirəm...

Əhəd Əhədli - Gəl, gözləyirəm...

 



Səninçün darıxan bir insan düşün
Gecələr həsrətdən yata bilməyən
Gözünün önündə bir dünya düşün
Səndən özgəsinə yerin verməyən...
...
Boz kütlə filan da olmasın orda
Tıxac da səs küy də yoxdu yollarda
Büsbütün yolları açıq olsa da
Sənə yetişməyən bir insan düşün..
...
Ya da Günəş düşün yandırıb tökən
Yaxud da Ay olsun, gecə sönməyən
Hər şeyin öldüyü qoca dünyada..
Bir sevgi gəl düşün, heç vaxt ölməyən...
...
Ayrılıq küçəsin unut, düşünmə
Elə bir isimdə heç küçə bilmə
Çıxıb getməyi də heç vaxt düşünmə
Sevgilim, yanıma gəlməyi düşün...
...
Gəl sənlə xoşbəxtlik dastanın yazaq
Demirəm səninlə nömrə bir olaq
Demirəm kiməsə nümunə olaq
Deyirəm, sadəcə xoşbəxt yaşayaq..
..
Villamız filan da olmasın bizim,
Maşına filan da yoxdu ehtiyac
Kiçicik evimiz qoy olsun bizim
İsitsin sevgimiz bizi sevdiyim...
...
Deyirəm, yenə də, düşün bir daha
Getməyin xoşbəxtlik gətirməz sənə
Güvənmə açılan heç bir sabaha
Sabahlar xoşbəxtlik gətirməz sənə...
...
Xoşbəxtlik məndədi, gəl gözləyirəm
Üsyan da etmirəm, səbr eləyirəm...
Hə bir də.. Bunu da əlavə edim..
Səni əvvəlkitək yenə Sevirəm...
Xoşbəxtlik məndədi gəl gözləyirəm...

Əhəd Əhədli


Oxşar mövzular:
  • Bir düşün...
  • Anlamadız...
  • Sevgilim...
  • Həyat yəni.. Bir düşün..
  • Bax Və Düşün


  • Gerİ dön


    1 şərh


    • Təşəkkürlər

    • --------------------------------------------

      Ama unutma cənab . Balaca qız səni çox böyük sevmişdi ...
      Sevgimizə gözəllik səbəb olmur, sevgimiz onu gözəl hesab etməyimizə səbəb olur💙💜💚
    • Xəbərlər: 17
    • Şərhlər: 171
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Tweety
           Нет
    Şərhləri: 2
     
    Heyatim?
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    trywork89578
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    MarikCobort
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III