Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əhəd Əhədli - Qalx gəl...

Əhəd Əhədli - Qalx gəl...

 


Bilirsən, bugün də sənsiz oyandım
Güzgü qarşısına keçib dayandım
Tük basmış üzümə diqqətlə baxdım
Baxıb da yenidən yermə qayıtdım...
...
İstədim bu evi söküm yandırım
Daha istəmirəm qoxunu alım
Beynimdə cürbəcür fikirlər gəzir
Bəlkə də büsbütün mən evi satım?!
...
Başqa bir şəhərdə yuvamı salım
Özümə sıfırdan həyat sağlayım
Bilmirəm, qarışır çox fikirlərim
Mənası nə axı mən evi satım?
...
Evimdə ətrin yox, çoxdan çəkilib
Burnumda qalıbdır sevdiyim, ətrin
Getdiyin o gündən həftələr keçib
Keçməyən qalıbdır ,sevdiyim, sevgin ...
Bir də xatirədir bir neçə şəklin
Gedərkən unudub aparmamısan
Əlimdə qalıbdır izi əllərin
Onları niyə bəs sən saxlamısan?
...
Niyə bəs gedəndə məni apardın?
Evimdə bir dəri-sümük saxladın...
Heç cürə bilmədim necə sevirdin
Gedərkən arxaya belə baxmadın...
...
Baxsaydın izlərin gedərdi bəlkə
Qoşulub qaçardı bəlkə səninlə
Getsəydi bu qədər çəkməzdim əzab
Qalmazdı bu qədər kədər əlimdə...
... Bax indi gecələr yuxusuz keçir,
Həyat da marağın itirib artıq
Boğazdan aşağı yemək keçmiyir
Tökmüşəm ətimi, olmuşam arıq..
...
Bir bər-bər üzünə həsrətdi üzüm
Saçmı da kəsmirəm getdiyin gündən
Deyəsən qan çəkib hər iki gözüm
Əməlli yatmıram sənin əlindən...
.. Az qalıb həsrətdən divara çıxım
Az qalır qəlbimi yırtım çıxarım
Mən sənə nə qədər şeirlər yazım? 
Qalx gəl də insafsız, qalx gəl də daha...
...
Qalx gəl ki, rahatlıq tapım yaşayım,
Qalx gəl ki, üz-gözüm qaydaya salım
Tək-tənha yaşamaq yorubdu məni
Qalx gəl ki, səninlə birgə yaşayım
Və sənlə Xoşbəxtlik dastanın yazım...Əhəd Əhədli


Oxşar mövzular:
  • Əhəd Əhədli - Bitdi!
  • ... Unutma, unutmaq asan iş deyil!... - Əhəd Əhədli
  • Əhəd Əhədli - Gəl...
  • Sus, onu uzaqdan eylə sən seyr - Əhəd Əhədli
  • .. Öz Səhvim... (nədənsə bu adı vermək gəldi içimdən , bu şeirimə)


  • Gerİ dön


    1 şərh


    • Təşəkkürlər

    • --------------------------------------------

      Ama unutma cənab . Balaca qız səni çox böyük sevmişdi ...
      Sevgimizə gözəllik səbəb olmur, sevgimiz onu gözəl hesab etməyimizə səbəb olur💙💜💚
    • Xəbərlər: 17
    • Şərhlər: 171
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Tweety
           Нет
    Şərhləri: 2
     
    Heyatim?
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    trywork89578
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    MarikCobort
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III