reklam
Qadınlar belə geyinən kişiləri daha çox sevir Qadınlar belə geyinən kişiləri daha çox sevir https://take.az/uploads/posts/2023-05/1683554597_kisi-2.jpg
n2006

n2006 Kişilər 8-05-2023, 18:03

Qadınlar belə geyinən kişiləri daha çox sevir

Qadınlar belə geyinən kişiləri daha çox sevir
Stiliniz sizin yerinizə danışırsa, əlavə bir sözə ehtiyac yoxdur. Dəb və zövqlə geyinmiş yaraşıqlı kişi hər qadının ürəyini qazana bilər. LoaDinG.Az Aile.lent.az-a istinadən qadınların kişi qarderobunda bəyəndiyi əşyaları təqdim edir.

Yaxşı bir cüt ayaqqabı

İstənilən geyim tərzinin əsas elementlerindən biri ayaqqabıdır. Ayaqqabıların tərtibatlı, şalvarın rəng tonu ilə uyğun olmalı və ya bir az daha tünd olmalıdır.



“Henley” köynək

“Henley” köynək qarderobların əsla dəbdən düşməyən başlıca elementlərindən biridir. Holivud ulduzlarının və məşhur atletlərin favorit geyimlərindəndir. Qarşısı düyməli, yaxalığı olmayan köynək bir çox qadın ağlını başından ala bilər.



Ağ köynək və cins şalvar

Cins şalvar və ağ köynək heç kimin etiraz edə bilmədiyi kombindir. Bu stil kişilərin daha cazibədar görünmələrini təmin edir.



V yaxa köynək

Qadınlar kişilərdə V yaxa köynəkləri çox bəyənirlər. Əynində bu geyim olan kişi özünə baxmağı bacaran, nəzakətli insan təəssüratı yaradır.



Qatlanmış qollar və nazik qalstuk

Bu görünüş gündəlik tərzin və şıklığın mükəmməl birləşməsidir. Qatlanmış qollar və nazik qalstuk “Mən məşğul insanam, lakin iş məni ehtiraslandıran yeganə həvəs deyil”, – mesajını verir.



Üçlük kostyum

Üçlük kostyumlar klassikdir və əsla dəbdən düşmür. Kişinin əyninə tam oturanda nəzakətli görünüş yaradır. Bu cür kostyum hər kəsin bədəninə yaraşır. Yaraşan rəngdə üçlük kostyum geyinən kişi hər qadının xəyalıdır.



Zövqlü aksessuarlar

Dəri qolbaqlar və onların hörük versiyaları bu il məşhurdur. Bu aksessuarlar kişilərə romantik görünüş verir. Qadınlar üçün seksuallığın həqiqi mənada tərifidir.

Papaqlar

Düzgün seçilmiş papaq kişinin xarici görünüşünü ciddi formada dəyişir və kütlənin içində belə, nəzərə çarpmasını təmin edir. Uyğun papağı seçin və qadınların diqqət mərkəzində olun.



Təmiz görünüş

Kişi dəbli paltarlar geyinə və ya trend aksessuarlar istifadə edə bilər. Lakin təmiz görünmədikdə yaxşı təəssürat yaratmır. Bir kişi qadınların xoşuna gəlmək istəyirsə, ilk növbədə təmiz olmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 159 140 210 203 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.