Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


YAĞIŞ YĞIR...

YAĞIŞ  YĞIR...

Yağış yağır.
Göydən yerə nur çilənir,
qətrə-qətrə,
damcı-damcı,
şırıl-şırıl...

Elə bilki,
qətrə-qətrə
göydən yerə paklıq enir,
damcı-damcı
saflıq enir,
şırıl-şırıl
insanların günahların, şübhələrin
yumaq üçün tələsir...

İldırımlar çaxıb keçir,
dəstə-dəstə,
lopa-lopa,
topa-topa...
Dümağ, qara
buludlar da axıb keçir.

İldırımlar şaqqıldayıb, çaxır göydə,
Yerdə, bəzi nanəciblər qorxur bundan.
ildırımlar ürəklənir sanki, bundan
daha güclü, qorxunc səslə şaqqıldayır,
hədələyir....
qansızları,
arsızları,
barsızları...

Bu dünyaya yamaq olan,
O. dünyaya yaramayan,
Hər cür alçaq, fərsizləri....

Fəzaların bağrın dələn,
gur səsiylə,
rişələrlə
ildırımlar deyir sanki,
ey mürvətsiz, binəvalar,
az zülm edin insanlara.....
Vaxt olar ki,
gömülərsiz torpaqlara....
Qorxun yerdən,
qorxun göydən,
Nəhayətdə qorxun məndən!!!

Topa-topa buludlar da axıb gedir,
qətrə-qətrə,
damcı-damcı,
şırıl-şırıl,
yer üzünə enmək üçün;
məsalınlı,
qəlbigeniş,
safdiləkli,
insanların gen qəlbinə dolmaq üçün....
Məsalnından öpmək üçün....
Onun nəcib əməlinə,
O, Göylərin "ÇOX SAĞOLUN" yetirməkçün....

30.05.1992.(18:00) Ağdam - Yusifcanlı.



Oxşar mövzular:
  • Yağış yağır
  • Çatlayan dodaqlara qulluq
  • Yağış
  • ..:::..?..Yağış....:::..?..
  • Cavanlaşma resepti


  • Gerİ dön


    2 şərh


    • Var olasiz. Minnetdaram....


    • Zaur Ustac
    • Xəbərlər: 61
    • Şərhlər: 81
    • İCQ:


    • Təşəkkürlər

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III