Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Zaur USTAC - DOQQUZU ON BEŞ KEÇİR... şeiri.

Zaur  USTAC - DOQQUZU ON BEŞ KEÇİR...  şeiri.
Danışdıq, gələcəksən...
Sən dedin: - "Çalışaram...”
Mən dedim: - "Gözləyəcəm...”
Səkkizi on beş keçir...
Kipriklərim asılıb, saniyə əqrəbindən
Baxışlar mədət umur, saatın məhvərindən...
Zamanın kəfkirində yellənir neçə xəyal...
Doqquzun yarsı oldu...
İstəyirəm, diksinim qəfil qapı zəngindən
Ta ki, yaxam qurtarsın bu zamanın əngindən...
Çık-çık saat səsində ələnir neçə istək...
Daha doqquz olubdur...
Eşikdə şər qarışıb...
Fikirlər də dolaşıb...
Çöl işığı yandırım, yolun işıqlı olsun...
Doqquzu on beş keçir...
Danışdıq gələcəksən...
Sən dedin: - "Çalışaram...”
Mən dedim: - "Gözləyəcəm...”
Yəqin ki, çalışırsan...
Mən də ki, gözləyirəm...
Kipriklərim dolaşıb, əqrəbi izləməkdən,
Baxışlarım əzilib, zamanı "bizləməkdən...”
Onun da yarsı oldu...
Zaman sürəsi doldu...
Bundan sonra hər bir an, artıq, zamana yükdü...
Durum, eşiyə baxım...
İşıq sönməyib, barı...
Birdən qəfil gələrsən, gözün görməz kandarı...
On oldu, torba doldu...
On birdir, - gözləyirəm...
Çalışırsanmı, sən də...
On iki, bir, iki, üç...
Əlim gəlmir, söndürüm, bayırdakı işığı...
Dilimdə bitən budu: - "Xoş gəldin içəri keç...”
Dörd yoldaş sirdaş olub,
Belə qovuşduq sübhə...
Daha gələ bilməzsən,
Buna qalmadı şübhə...
İndi saat doqquzdur, hətta onu beş keçir...
Qulaq qapı zəngində, göz ilişib əqrəbə...
Dünya şən, zaman məzə...
Təkcə bizik qəribə...
Doqquzu on beş keçir...
Yəqin, indi yoldasan, işə tələsən vaxtdır...
Çalışırsan çatasan gecikmədən işinə...
Mən də durum, söndürüm, qoy bayırın işığın...
Çalar saatla oyaq, alım gözün acısın...
Zaman kimə istəyir qoy dişini qıcasın...
Düz qoqquzun yarsıdır...
Əlim qopmur qələmdən...
İstəyirəm biləsən, bunlar hamısı deyil...
Bu sözləri yazmağa ən ağ vərəq seçmişəm...
Hələ, neçə kəlmənin üstündən vaz keçmişəm...
31.07.2017. BAKI. (09:40)
Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac



Oxşar mövzular:
  • Zaur Ustac: Gülüzə şeiri.
  • Gəl öyrət məni
  • Zaur USTAC : AY ANA
  • ZAUR USTAC: - ƏLDƏ ÇIRAQ GƏZƏCƏKSƏN
  • Zaur USTAC: EY VƏTƏN OĞLU


  • Gerİ dön


    1 şərh


    • tewekkurler ellerinize sagliq

    • --------------------------------------------
      Sən olmayan da hər şey heçnədir.....♥!
    • ♥FG♥
    • Xəbərlər: 39
    • Şərhlər: 608
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Tweety
           Нет
    Şərhləri: 2
     
    Heyatim?
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    trywork89578
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    MarikCobort
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III