Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


DE, ALAGÖZLƏRİN ELƏ BAXMASIN...

DE, ALAGÖZLƏRİN ELƏ  BAXMASIN...

Belə məchul baxış yaraşmır sənə,

De, alagözlərin elə baxmasın....

Ruhun baxışını salıbdır çənə,

De, alagözlərin elə baxmasın....

*        *        *

Sən gül ki, üzündə dünya oyansın,

Aləm bu gülüşdən nura boyansın,

Fırlanan dünyamız dursun, dayansın,

De, alagözlərin elə baxmasın....

*        *        *

Asılıb baxışdan dünyanın qəmi,

Artıq sonu çatıb, yetişib dəmi,

Qov getsin kədəri, yox et ələmi,

De, alagözlərin elə baxmasın....

*        *        *

"Gözlər könüllərin aynasıdır” bil,

Qəlbində birikmiş o göz yaşın sil,

İnanki, deməyə söz tapmayır dil,

De, alagözlərin elə baxmasın....

*        *        *

Ustacı çətinə salmısan yaman,

Çox azdı ruhunun səsini duyan,

Elə baxışın var, canlara qıyan,

De, alagözlərin elə baxmasın....

28.03.2017.   Bakı.  (18.00. 30’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ


Oxşar mövzular:
  • SÖZ MÜQƏDDƏSDİR - şeiri.
  • Zaur Ustac: Gülüzə şeiri.
  • Nə gözəl...
  • Zaur USTAC : AY ANA
  • ZAUR USTAC: - ƏLDƏ ÇIRAQ GƏZƏCƏKSƏN


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Tweety
           Нет
    Şərhləri: 2
     
    Heyatim?
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Düşünən_Dəli
           Нет
    Şərhləri: 1
     
    trywork89578
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    MarikCobort
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2018    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III