Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mən bu şəhərdən də küsmüşəm..Sənli xatirələrimə qucaq aça bilmədiyi üçün...

Mən bu şəhərdən də küsmüşəm..Sənli xatirələrimə qucaq aça bilmədiyi üçün...

 

Hərdən onun toxunduğu yerlər qopar bədənindən

hissə-hissə yoxa çıxarsan hərdən

Hərdən "qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə "Salam. Necəsən?” Sıxılarsan...

Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı

Görərsən saçların onun çiyni üçün darıxır 

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...

Bunu da öyrənmişdin uşaqlıq paltarından

Gör ayrılığın üstündən neçə payız keçib e,

onun qoxusu hələ də çəkilmir paltarından 

Hərdən ovulub gedərsən...

Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin 

Hərdən boynunu üşüdər onun aldığı şərf də

barmaqların əllərindən sırsıra tək sallanar.

Boş küçədə öskürər xatirələr astaca

Cədvəllərdə yazılar: "mənfi sənsiz dərəcə” 

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində

Hərdən büdrəyərsən... yıxılarsan

xatirələrin yanından keçəndə...

 



Oxşar mövzular:
  • Sən heç...
  • Bunun adı ayrılıqdır dostum
  • Mən artıq həyatda tək qalmışam
  • Xatirələr yastığımda gizlənir
  • Səni yazdım


  • Gerİ dön


    8 şərh


    • Hərdən hər şeyi atıb, onu da götürüb qaçmaq istərsən bu şəhərdən çox uzaqlara.
      Amma əlin-qolun bağlı gözə görünməz qandalla...

    • --------------------------------------------
      DƏLİNİN YAŞAMAĞININ
      TWEETY OLDU TƏK NƏDƏNİ!!!

    • Dəli
    • Xəbərlər: 163
    • Şərhlər: 992
    • İCQ:

    • Tweety
    • 17 avqust 2018 19:33
    •  

    • Hərdən hirsindən "niyə sevdim" deyə soruşarsan özündən... səbəb tapmadıqca bir daha sevərsən məsələn...


    • Xəbərlər: 101
    • Şərhlər: 961
    • İCQ:


    • Bir Görüş Yeri Boyda Boşluq Qalar İçində..:)

      Nə Qədər Zaman Keçsədə Burda Sol Yanımdasan...

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1484
    • İCQ:


    • ve... herden etdiyin mubahiseler ucun bele darixarsan.. kash mubahise edeydik ancag zaman hemin zaman olardi...

    • --------------------------------------------
      *****************************************************

      Bir gun men verdiyim soyuq salamdan..Alisib yanarsan Ehtiyyatli ol...

    • AliCe_WonDer
    • Xəbərlər: 121
    • Şərhlər: 897
    • İCQ:


    • Herden budreyersen... Yixilarsan xatirelerin yanindan kecende... Herden baxmazsan konlunu himalay zirvelerinde gezdire bilecek xowluga...Herden zilliyib gozlerini ta en derinliyine kecdiyin yolda gezdiyiniz kucenin siziltilari coker en bilinmez duygularin ortasina...Ve anlawilmazligin ortasi tamda zulmetin en sisli otagi... Ve bogulmaq uzresen bir yigin xatire ve duygular selinde....Davam.... Davam.... Davam....

    • --------------------------------------------

      MiLLeTimiN XesTeLiYiniN aDi LeTarGiYa...●•
    • Şaheste
    • Xəbərlər: 166
    • Şərhlər: 308
    • İCQ:

    • mina))
    • 17 noyabr 2017 07:43
    •  

    • qesey xeber olmus tsler/


    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:


    • Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


    • dipont_yanlizlik
    • Xəbərlər: 7
    • Şərhlər: 8
    • İCQ:

    • Tweety
    • 8 noyabr 2017 06:37
    •  

    • Külek uzaq qaranlıqlara sürgün edir ulduzları
      Qığılcımlar keçir dağınıq yalnızlığımdan
      Onu çox axtarıram her yerinde vücudumun
      Bir yerlere ildırım düşürem
      Ayrılığımızı hiss etdiyim an
      Demirler eriyir hirsimden...


    • Xəbərlər: 101
    • Şərhlər: 961
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Oktyabr 2018    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Style I Style II Style III