Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Eşqə Dair..

[hide]
alt  

Əgər Onu xatırladıqca başı göyə çatmışcasına 
Ya da lift boşluguna düşmüşcəsinə
Ürpərirsə Ürəyiniz.. 
Ömrü saatlara sıxışmış bir Kəpənək təlaşıyla 
O hüzndən Bu sevincə qonub qalxırsınızsa 
gün boyu səbəbsiz.. 
vəə.. hər qondugunuzda digərini iplə çəkirsinizsə bu hisslərin.. 
Onunlaykən pərvanələşən yel qovanlar 
Onsuz mıxlanıb qalırsa yerinə 
Bir əqrəb qədər xain...
Sinifdə, büroda, yolda, yataqda içiniz-içinizə sıgmır
Ondan danışılınca üzünüz sizdən xəbərsiz 
Mis qoxulu bir çörək dilimi kimi qızarır
Xəcalətlə qaşqabagınız tökülür, ya da zəhlətökən dişiniz aarırsa 
və O hər dayandıgınız yerdə dayanır,
hər baxdıgınız yerdən sizə baxır,
Siz kefləndikdə gülüb
Hüznləndikdə aglayırsa
Dünyanın ən gözəl yeri Onun yaşadıgı yer
Ən gözəl qoxusu Bədənindəki tər,
Ən dözülməz duygusu Gözlərindəki kədərsə....
Həyat Onunla gözəl və onsuz mənasızsa.. 
Almalar çəhrayı, kirəmitlər çəhrayı, 
Göy üzü, Yer üzü, Onun üzü çəhrayıdırsa.. 
Qışlar yazsa...
Yazlar yaz, payızlar yaz..
Hər şeirdə anlatılan O isə.. 
Hər filmin qəhrəmanı O, hər roman Ondan danışır.. 
Hər çiçək Onu açırsa..
Bir anlıq ayrılıq bir ömür kimi gəlir....
Və O gedər-getməz həsrət saç diblərinizdən çəkişdirib
Beyninizi arıdırsa..
İştahınız baglanır, iştahınız açılır,
Iştahınız çaşırsa.
.
İştahınız həsrət agrısında belə qarşı qoyulmaz bir dad tapırsa..
Əliniz telefonda yaşayır, işarə barmagınızla ha birə onu tuşlayır, 
Dara düşdüyünüzdə qapını döyənin O oldugunu adınız kimi bilirsinizsə....
Mütəmadi bir sərxoşluq halında hər çalan telefona O deyə atlayır
Vitrindəki hər geyimi Ona yaraşdırır..
Danışan birini dinlərkən kaş ki O izah etsə deyə içinizdən keçirsə.. 
Qoxusu burnunuzdan, surəti gözünüzdən,
səsi qulagınızdan, bədəni agılınızdan silinmirsə heç cür..
həsrəti sol qabırganızın altında qadagan olunmuş yayım kimi daşıyırsınızsa gün boyu.. 
həm kimsələr duymasın, həm cümlə aləm bilsin istəyirsinizsə.. 
onsuz gecələr kimsəsiz.. küçələr yetimsə..
ayrılıq ölümə, qovuşmaq səhərə bərabərsə.. 
qəmzə-qəmzə təbəssüm də onun üçünsə.. 
alov-alov hirs də..
bu qədər rəftar, bu qədər səbr
və sonsuz qəhr hamısı Onun üzü-suyu hörmətinə.. 
ugruna ödənməyəcək bədəl, gedilməyəcək yol, imtina edilməyəcək komfor yoxsa.. 
çöldə yer yerindən oynayır, və içəridə bu sizi zərrə qədər maraqlandırmırsa..  
səbəbsiz küsür, səbəbsiz bagışlayırsınızsa..
və bütün bu hallarınıza siz belə agıl çatdıra bilmirsinizsə..
İtirmə qorxusu qovuşma sevincindən agırlıq təşkil edirsə
Və eşq qurura basqın çıxırsa buna görə hər daim..
Gecə yarısı qədim bir dost kimi qucaqlayan tanış bir mahnı
Bütün acı sözlərini unutdurmaga çatırsa.. 
Hər gedişdə ayaqlarınız geri dön deyə çabalayırsa.... 
Və Siz özünüzə baxmayaraq dönürsünüzsə.... 
Səbrsiz, sərhədsiz, doyumsuz bir ehtirasla..
O halda sabah Sizin Gününüz!!
 


Oxşar mövzular:
  • Günün qoroskopu
  • Sevir yoxsa Sevmir?...
  • AdLarıMız NədəN xəBər VeriR?
  • Qızların sevdikləri 10 ifadə
  • LMƏYƏN SEVG


  • Gerİ dön


    31 şərh


    • SEVGI,SEVGI YENE DE SEVGI...NE QEDER OLAREEE...EMEYE HORMET TEWEKKURLER


    • MOURNFUL_GIRL
    • Xəbərlər: 0
    • Şərhlər: 9
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    boreç
           Нет
    Şərhləri: 1
     
    Cosqun Oder
           Нет
    Şərhləri: 1
     
    «     Sentyabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930 
    Style I Style II Style III