reklam
Dünyanı dəyişdirən müasir texnologiyalar-1 Dünyanı dəyişdirən müasir texnologiyalar-1 https://take.az/uploads/posts/2019-03/1551450197loading.az_1532294958_alim.jpg
fidann

fidann özünü 😉 kreativ hiss edir. Texnologiya 3-03-2019, 18:22

Dünyanı dəyişdirən müasir texnologiyalar-1

Dünyanı dəyişdirən müasir texnologiyalar-1
Riyaziyyat və informasiyanın emalı texnologiyası

XX əsr kompyuterlərin yaranması və yayılması əsridir. Kompyuteri riyazi maşın da adlandırmaq olar (Bəzən bizim ölkəmizdə kompyuteri elə riyazi maşın adlandırırdılar və bu, “Hesablama maşını” adlandırılmasından daha doğru səslənirdi). Kompyuter özü riyazi üsullarla yaradılmışdır. Kompyuter hər şeydən əvvəl informasiyanın təhlili istiqamətində riyazi üsullarla təsvir olunaraq fəaliyyət göstərən riyazi qurğu kimi meydana gəlmişdir. Belə də ifadə etmək olar ki, maşınlar “riyaziləşdirilməsi” mümkün olan işi görürlər. Aydındır ki, belə maşınların yaradılması və istismarında riyazi metodlardan istifadə edən fizika və kimya kimi elmlər də tətbiq olunur, lakin insan üçün bu maşınların yerinə yetirdiyi iş məhz riyazi məna daşıyır.

Kompyuterə qədərki vaxtlarda kompyuter riyaziyyatının yaranması

Çox yaxşı haldır ki, belə maşınların işləmə nəzəriyyəsi və onların tət­biqlərinin bir çox mühüm elementləri, riyaziyyatçılar tərəfindən texnologiyalar­dan xeyli əvvəl yaradılmışdır.

Çox yaxşı haldır ki, texnologiyaların əsasına çevrilmiş uyğun elektron maşınların işləmə nəzəriyyəsi və onların tətbiqlərinin bir çox mühüm elementləri, məsələn, proqramlaşdırma dilləri yaradılmışdır. Bu nəzəriyyə formal qaydalara əsasən informasiyanın təhlili ilə məşğul olan insanın fəaliyyət aləti kimi meydana gəlmişdir. “Kompyuterə qədərki eranın” riyazi sənayesi praktiki olaraq “itkisizdir”.

Məsələn, 1940-cı illərin sonunda leninqradlı riyaziyyatçı, akad. müxbir üzvü A.A.Markov alqoritmlər nəzəriyyəsini (və ya özünün ifadə etdiyi kimi-alqorifmlər nəzəriyyəsini) qurdu, 1970-ci illərdə isə kompyuter aləmində struktur proqramlaşdırma və proqramların doğruluğunun induktiv isbatı kəşf olundu və bu yeniliklər Markovun kəşfinin təkrarı idi.

Klassik təmiz və tətbiqi riyaziyyat

Təmiz klassik riyaziyyat dəqiq düsturlarla işləyirdi. Yalnız sonda, yəni tənlik ümumi halda həll edildikdən sonra verilmiş şərtlərdən istifadə edilərək hesablama aparılırdı. Klassik tətbiqi riyaziyyat da daha çox inkişaf tapmış analitik həllə üstünlük verilirdi və yalnız bundan sonra təqribi hesablama üsulları tətbiq olunurdu. Biz hər bir halda son nəticədə həqiqi ədədlərlə, yəni sonsuz onluq kəsrlərlə yox, onların sonlu, diskret yaxınlaşmaları ilə işləyirdik.

Riyaziyyatın informasiya texnologiyalarından yaranan yeni sahələri.

Riyazi maşınların yaranması keyfiyyətə təsir etmədi. Biz əvvəlki kimi həmin riyazi modellər dünyasındayıq.

Lakin riyaziyyatın tətbiqinin bir çox istiqamətlərində radikal partlayış baş verdi. Məsələn, təsvirlərin robotla tanınması və ya şifahi nitqin tanınması məsələlərinin həllini klassik riyaziyyat nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Riyaziyyat yeni tətbiqi riyaziyyatın diskret kəmiyyətlərlə işləyən metod və modellərinin geniş spektrini hazırlamışdır və bu zaman hesablama üsulları üçün keçilməz adlanan məsələlər adlanan aşkar olunmuşdur.

Kompyuter texnologiyalarının riyazi sərhədləri

Artıq 1960-cı illərdə ardıcıl cavab seçmə üsuluna əsaslanan çox sadə həll alqoritmi ilə verilən bəzi məsələlərin bu üsulun köməyi olmadan daha tez həll etməyin mümkünsüzlüyü aşkar edilmişdir. Qeyd edək ki, seçmə alqoritmi praktiki əhəmiyyətə malik deyil. Müasir zamanda riyaziyyatın və onun hesablama praktikasında tətbiqlərinin qarşısında duran ən mühüm və hələlik həll olunmamış problemlərindən biri seçmə problemidir: yuxarıda adları çəkilən məsələlərin həllini seçmə üsuluna nisbətən daha sürətlə almağa imkan verən bir alqoritm varmı? Bu alqoritmin varlığının mümkünsüzlüyünün gözlənilən isbatı riyaziyyatçı və proqramlaşdırıcıları seçmə məsələlərinin xüsusi hallarına (digər alqoritmlərin tətbiqinə imkan verən) yönəldir.

Riyazi piramida

Müasir dünyada aşağıdakı riyazi fəaliyyət piramidası mövcuddur:

Təmiz klassik riyaziyyat

Tətbiqi riyaziyyat/Riyazi modelləşdirmə

Proqramlaşdırma

Tətbiq

Bu zaman faktiki olaraq cəmiyyət tərəfindən diktə olunan resurslarla (mütəxəssislərin sayı kimi) piramidanın təpəsindən əsasına doğru hərəkət hiss olunacaq dərəcədə artır. B.İ.Arnoldun Z.D.Faddeyevə əsaslanaraq tez-tez qeyd etdiyi kimi “SSRİ-də 1 ildə riyaziyyata ayrılan vəsait bir tankın qiymətinə bərabər idi, indi Rusiyada bu vəsait-təqribən 1 ildə 1 tankın -i məbləğindədir”. Burada məhz “təmiz klassik riyaziyyata” ayrılan vəsait nəzərdə tutulur.

Eyni zamanda, bu piramidanın zirvəsindəki fəaliyyətin yüksək keyfiyyəti onun daha aşağı və daha geniş pillələrində keyfiyyətli nəticə əldə etmək üçün zəruridir. Sovet İttifaqı riyaziyyat sahəsində unikal elmi potensiala malik idi. Sovet cəmiyyətinin quruluşunun xüsusiyyətinə və infrastrukturuna uyğun olaraq bu elmi potensial daha çox əsas elmi mərkəzlərdə toplansa da, indi müstəqil dövlətlər olan respublikalarda bu sahəyə əhəmiyyətli vəsait qoyulur və nəticələr alınır.

O zaman mövcud olan elmi əlaqələr bərpa olunmalı və gücləndirilməlidir. Elə həmin informasiya texnologiyaları bu işdə bizim əsas yardımçımız ola bilər.

Riyazi savad

Belə bir təəssürat yarana bilər ki, informasiya texnologiyalarının varlığı riyazi təhsili lazımsız edir. Bir tərəfdən, peşəkarlar var: “əgər yük daşıyanları varsa, coğrafiyanı öyrənmək nəyə lazımdır”. Digər tərəfdən XIX əsrin bir çox peşələrində zəruri olan-hesab əməllərinin yerinə yetirilməsi, faizlə bağlı əməliy­yatların aparılması və s. kimi bacarıqların yerinə yetirilməsini kalkulyatorlar və kompyuterlər vasitəsilə həyata keçirmək olar.

Həqiqət isə əksinədir. Müasir insana 100 və hətta 50 il bundan əvvələ nisbətən daha çox riyazi savad lazımdır. Bunun əsas səbəbi bu gün tez-tez dəyişən şərtlər daxilində fəaliyyətin planlaşdırılması və həll qəbul edilməsini tələb edən iş yerlərinin artmasıdır.

Bir çox həllərin və planların əsasında isə riyaziyyat durur. Bu həm də siyasətə, ekologiyaya, şəxsi həyata aid və professional sferanın xaricində olan seçmə, planlaşdırmaya da aid edilir. Bu gün sırf hesabi savadın yerini insan mədəniyyətinin daha geniş sahəsi tutur.

Riyazi savadın növləri

Riyazi savadın şərti olaraq aşağıdakı növlərini qeyd etmək olar:

Miqdar və cəbri savad (düsturda yerinə qoymaq, cavab almaq);
Həndəsi savad;
Ehtimal və statistik savad;
Məntiqi savad, çoxluqlar və xassələr, müraciətdə o cümlədən riyazi olmayan obyektlər haqqında müzakirələrdə savadlılıq;
Alqoritmik savad, həmçinin hesablama mürəkkəbliyindən irəli gələn mülahizələrdən istifadə etmək bacarığı və kompyuterin işini fundamental riyazi əsaslarını (məsələn, konkret hesablama verən universal hesablayıcı üçün proqram) başa düşülməsi. Bu barədə 1981-ci ildə akad. A.P.Yerşov “Proqramlaşdırma – ikinci savadddır” şüarı ilə çıxış edirdi.
Modelləşdirmədə
Kəsilməz və diskret modellər də daxil olmaqla riyaziyyat və reallığın uyğunluğunda savad (çevrilmə və cəmləməyə uyğun tətbiqi modellər-“törəmələr” və “inteqrallar”)
Riyazi savadın bu elementləri bu gün artıq orta məktəb səviyyəsində əyani, qavrana biləcək forma da çatdırıla bilər

Riyazi təhsilin piramidası

Riyazi təhsildə də özünəməxsus piramidalar var. Təhsilin səviyyələri piramidasını-məktəbəqədərki dövründən yüksək ixtisaslı kadrların hazırlanmasına qədər-varlığı şübhəsizdir. Lakin biz həm təhsil səviyyələri piramidası, həm də riyazi fəaliyyətin səviyyələri piramidası ilə bağlı olan digər piramidaya diqqət etmək istərdik. Biz aşağıdakı sahələrdə fəaliyyət üçün təhsili nəzərdə tuturuq:

Sırf riyaziyyat
Tətbiqi riyaziyyat/Riyazi modelləşdirmə
Proqramlaşdırma
Tətbiq
Burada da kadrların hazırlanması məsrəflərinə aid olan müqayisələr aparmaq olar. Bir sözlə riyazi elmi məktəblərin yaradılması və formalaşdırılmasını, yüksək ixtisaslı yaradıcı riyaziyyatçıların hazırlanmasına qoyulan vəsaiti prioritet hesab etmək olar.

Riyaziyyat – humanitar bilik kimi

Nəhayət, riyaziyyatın humanitar bilik kimi rolunu nəzərdən keçirək. Biz yuxarıda qeyd etdik ki, müasir kompyuter riyaziyyatı təkcə insan fəaliyyətinin deyil, həm də insan düşüncəsinin və dilinin də formalaşması haqqında elm kimi yaradılmışdır. Bu gün riyaziyyatda bizi əhatə edən fiziki dünya sistemləri ilə yanaşı

Təklif və mülahizə
Münasibətlərin təsviri
Əmrlər və onların yerinə yetirilməsi, qarşılılıqlı əlaqə (antoqonostik və digər maraqlarla), idarəetmə modelləri də qurulur.
Riyaziyyatın tərbiyəvi rolu

Müasir ümumtəhsil məktəblərində riyaziyyat xüsusi rol oynayır. Bu rol heç olmazsa iki cəhətlə təyin olunur.

Birinici cəhət ondan ibarətdir ki, məktəb də həyatda olduğu kimi, riyaziyyat fəaliyyətin müxtəlif növlərindən istifadə olunur.

İkincisi, riyaziyyat

Əqli əməyə hörmət
İntellektual çətinliklərin açılması və yeniliyin kəşfi bacarığı
İntellektual hörmət, biliklərin mütləq vacibliyi haqqında təsəvvür
İntellektual mülahizələrə, qurumlara, obyektlərə münasibətdə estetik hissin formalaşdığı nadir riyazi fəndir.


Elmir Vəlizadə, Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları nazirinin müavini

“Müasir texnologiyalar – sosial inkişaf amilidir”

Hörmətli xanımlar və cənablar !

Sizin hamınızı Bakı Beynəlxalq Humanitar Forumunda salamlamaqdan məmnunam. Bizim bugünkü müzakirənin mövzusu həyatımızı dəyişdirən müasir texnologiyalara həsr olunmuşdur. Bilirsiniz ki, bəşəriyyətin inkişafı boyunca belə texnologiyalar çox olmuşdur. Məsələyə geniş mənada yanaşsaq, bir çox sahədəki texnologiyalardan danışmaq olar. Lakin fəaliyyətimin istiqamətini, habelə bizim bugünkü həyatımızda əhəmiyyətini nəzərə alaraq, diqqətinizi informasiya-kommunikasiya texnologiyalarına yönəlmək istərdim. Bu sırada teleqrafı, telefonu, radionu, televiziyanı da sadalamaq olar, lakin biz onlardan ən müasirlərinin üzərində dayanacağıq.

Çoxdan sirr deyil ki, hesablama texnikasının yaradılması və onun müxtəlif sahələrdə geniş tətbiqi, bir qədər sonra isə, xüsusilə fərdi kompyuterlərin meydana çıxmasından sonra, biz hamımız onların fəal istifadəçilərinə çevrilmişik. Əgər bizlərdən hər birimiz düşünsək ki, bu gün mən kompyuterdən istifadə etmişəmmi, cavab birmənalı müsbət olacaqdır. Çünki bunun üçün bilavasitə kompyuter arxasında oturmağa ehtiyac yoxdur, bizim gündəlik istifadə etdiyimiz mobil telefon, bankomat, müasir avtomaşın və digər qurğular da kompyuterdir.

Mobil rabitə və İnternet gündəlik fəaliyyətimizə operativlik, asanlıq və digər üstünlükləri əlavə etməklə, həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.

Ümumiyyətlə, internet, insanın istifadə etdiyi bütün texnologiyalar arasında ən unikal hesab oluna bilər. Qısa müddət ərzində İnternet xüsusi kompyuter şəbəkəsindən sosial sistemə çevrilmişdir və bu gün onu dünya qloballaşma prosesinin əsas alətlərindən biri kimi də qiymətləndirmək olar. Biznesin aparılması üçün geniş tətbiqi imkanların, informasiyaya çıxışın, insanlar arasında əlaqələrin, habelə dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin yaranması ilə internet daha real ümumi şəkli və məqsədəuyğunluq əldə etmişdir. İqtisadiyyatın yeni sahəsi formalaşmışdır-İnternet- sənaye, İnternet-iqtisadiyyat. Son illərdə sosial şəbəkələr, qısa xəbərlər sistemləri və bloqlar da geniş populyarlıq qazanmışdır. Təşbihlə desək, hər bir insan şəbəkələrlə əhatə olunub və bu şəbəkənin tərkib hissəsidir.

İnternet texnologiyaların əsas fenomeni ondan ibarətdir ki, hər bir insan onların inkişaf prosesinin fəal iştirakçısıdır. İnsanlar öz iştirakı ilə onların əhatə dairəsini genişləndirir, informasiyanın tərkibini zənginləşdirir, sayt və digər müxtəlif tətbiqi mənbələri yaradır, öz aralarında xəbərlərin mübadiləsini aparmaqla, hansısa şəbəkələrə öz baxışlarını yaymaqla pulsuz reklam yayırlar və s. Beləliklə, insan yeni sərvətin – informasiya və yeni biliklərin istehsalçısına çevrilir. Bunun sayəsində biz bu gün inkişafın yeni mərhələsindən, yeni formasiya, informasiya cəmiyyəti, yaxud biliklərə əsaslanan iqtisadiyyat haqqında danışa bilərik.

Lakin inkişaf heç də düzxətli proses deyil və həyatımıza yeni şərtlər və çətinliklər daxil edir. Ən sadə misal kimi leksikamıza əvvəllər mövcud olmayan yeni sözlərin, yaxud tam başqa məna alan köhnə sözlərin daxil olmasını göstərə bilərik. “Retvitləmək”, “fendləmək”, “virmeyker” və buna bənzər digər sözlər bizə yad görünür, lakin geniş istifadə olunur. Virtual reallıq daha cəlbedici və daha təbii görünür. Bunlar psixoloji problemlərə səbəb olur, insanlarda daha çox xudbinlik, şəxsiyyətin ikiləşməsi, eqoistlik, tamahkarlıq, soyuqluq, eskaypizm inkişaf edir. Şəxsiyyət böhranı-müasir postindustrial dünyanın yaratdığı ən mürəkkəb problem­lərdən biridir.

Son illərin statistikası sosial şəbəkə istifadəçilərinin sayının dinamik olaraq artmasını göstərir. Nəzərə alsaq ki, fəal istifadəçilərin orta statistik qrupunun yaşı 18-25-dir, yəni gənclər təhlükəyə ən çox məruz qalan qrupdur. Təhlükəsiz İnternet Günü ilə əlaqədar 2011-ci ildə yayılan məlumatlar insanı düşünməyə vadar edir: gənclər, onların 10 il bundan əvvəlki həmyaşıdlarından 2-3 saat az yatır; orta hesabla həftədə 8 saat onlayn oyunlara sərf olunur; hər ay Facebook-da istifadəyə təxminən 500 milyon istifadəçi 700 milyard dəqiqə (orta hesabla hər istifadəçi bir sutka) sərf edir.

Digər statistikaya, məsələn Rusiyada 2010-cu ildə aparılan sorğunun nəticələrinə əsasən, İnternet istifadəçilərinin təxminən 89%-i sosial şəbəkələrdən istifadə edir, 63% isə bu məqsədlər üçün mobil telefondan istifadə edir. Ən acınacaqlı odur ki, istifadəçilərin 43%-nin fikrincə, sosial media insanları yaxınlaşdırmır, 42% əksinə hesab edir, 15%-isə hələ öz rəyini müəyyənləşdirə bilməyib.

Düşünürəm ki, bu rəqəmlər müasir texnologiyaların həyatımıza təsirinin səviyyəsini əks etdirir. Buna görə də hər yerdə, xüsusilə tam formalaşmamış psixikaya malik olan gənclər və uşaqlar arasında müasir texnologiyaların faydalı istifadəsi qaydaları haqqında izahat işini aparmaq lazımdır. Millətlərarası, dini və irqi ayrı-seçkiliyin qızışdırılması, “demokratik islahatlar”, yaxud “səxsi azadlıq” şüarları altında qeyri-qanuni hərəkətlərə təhrik etmək üçün müasir texnologiyaların istifadə olunması, ümumiyyətlə, yolverilməzdir.

Bu səbəbdən, yalnız fərdlərin, cəmiyyətin və bütövlükdə dövlətin rifahı üçün müasir texnologiyalarda düzgün istifadə hər bir ölkənin sosial inkişaf amili ola bilər.

Diqqətinizə görə təşəkkür edirəm.



Prof. S.B.Qaşkov, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti

İnformasiyanın Müdafiəsi haqqında

Zalda iştirak edənlərin hamısı riyaziyyatın mücərrəd elm olduğunu, əlbəttə, bilirlər. Bu səbəbdən, bir çoxları düşünürlər ki, bu elm dünyada tətbiq olunsa da, onun məişətdə tətbiqi ilə çətin ki, rastlaşaq. Yəni o, dolayısı ilə – fizika, kimya, mexanika, texnika və i.a. tətbiq edilir. Lakin hazırda belə bir baxış tamamilə yanlışdır. Məsələn, mən iddia edə bilərəm ki, burada iştirak edənlərin hamısı daim riyaziyyatın hərəkətsiz tətbiqi ilə təmasdadır, çünki hamımız cibimizdə mobil telefonlar gəzdiririk. Lakin söhbət təkcə mobil telefonlardan deyil, istənilən rəqəmsal texnikadan gedir. İndi artıq hətta fotoaparatlar da rəqəmsaldır. Kompüterlərin rəqəmsal olduğunu isə hamı başa düşür.

Məlum olduğu kimi, rəqəmsal texnikada informasiya sıfır və vahidlərin ardıcıllığı şəklində ötürülür. Sadəlövh baxışlara görə, informasiya tam etibarlı şəkildə ötürülür, sıfır vahiddən fərqlənmir. Əslində isə bir çox səbəblərdən irəli gələn səhvlər baş verir. Səhvlər təkcə uzaq radio əlaqədə deyil, adi mobil rabitədə də olur. İnformasiyanın ikiqat sıx yazıldığı optik disklərin, xüsusən DVD disklərin oxunması zamanı səhvlər meydana çıxır. Kompüterdə sərt diskdən informasiyanın oxunmasında səhvlər olur. Qeyd etmək lazımdır ki, son 10 il ərzində sərt disklərin həcmi möhtəşəm şəkildə böyümüş, artıq yüzlərlə giqabayt olmuşdur. Bu isə maqnit yazılarının sıxlığının artmasının nəticəsidir.

Təbii ki, səhvlər olur. Onları düzəltmək lazımdır. Bununla elmin böyük bir sahəsi məşğul olur. O, səhvləri düzəldən kodlar nəzəriyyəsi adlanır. Orada kodlaşdırmanın külli miqdarda müxtəlif sistemləri yaradılmışdır. Ən dəbdə olanlardın biri 60-cı illərin əvvəllərində icad olunan Boezi-Cunthuri kodlarıdır. O, Hindistan mənşəli amerikalı idi. Lakin bəzi məlumatlara görə, həmin kodlar bizdə də kəşf edilsə də, məlum səbəblər üzündən çap edilməmişdi. O dövrdə kodlaşdırmanın tətbiq sahəsi hərbi texnika, kosmik rabitə ilə bağlı idi. İndi isə səhvlərin düzəldilməsi ilə kodlaşdırmadan qaçılmaz olaraq bütün sahələrdə istifadə edilir. Beləliklə, dekodlaşdırma alqoritmləri Boezi-Cunthuri kodları üçün yaxşı işlənib hazırlanmışdır və onlar sonlu adlandırılan sahələrdə hesablamanın tətbiqinə əsaslanır. Bəs əməliyyatlar hansılardır? Hesabdakılar: toplama, çıxma, vurma, bölmə. Doğrudur, sonuncu olmasa da olar. Bölmə kifayət qədər bahalı əməliyyatdır.

Sonlu sahələr isə XIX əsrin əvvəllərində məşhur alman riyaziyyatçısı Karl Fridrix Qauss kəşf etmişdir. Sonlu sahə kifayət qədər sadə bir şeydir. Məsələn, 5 elementdən ibarət sahə, sadəcə, 0, 1, 2, 3, 4 , 5 rəqəmlərindən ibarət sahədir. Onları toplamaq, vurmaq olar, amma sadəcə vurmaq yox, çünki hansısa rəqəm alınacaq, məsələn, 15, cavabı isə yenidən 5-ə bölmək və qalıqla əvəzləmək lazımdır, yəni nəticə həmişə 0-dan 4-ə qədər olacaqdır. Bax, belə sadə bir nümunə.

Daha sonra məşhur bir fransız riyaziyyatçısı Evarist Qalua Qaussun bu konstruksiyasını ümumiləşdirdi və elə sonlu sahələr yaratdı ki, onlarda elementlərin sayı nəinki mütləq sadə rəqəmlər eyni zamanda, sadə rəqəmlərin dərəcəsi oldu. O dövrdə bu, riyaziyyatda qabaqcıl istiqamət idi. Ümumiyyətlə, o, indi də inkişaf etməkdədir. Doğrudur, daha mürəkkəb istiqamətlər də inkişaf edir, məsələn, sonlu sahələr üzərində cəbri əyrilər. Bütün bunlarla məşğul olan rəqəmlər nəzəriyyəsi mütəxəssisləri həmişə elmlərinin saf olması, heç vaxt heç bir yerdə tətbiq olunmaması ilə fəxr edirdilər. Məşhur ingilis riyaziyyatçısı Hardi özünün « Riyaziyyatın apologiyayası » kitabçasında elə belə də yazmışdı.

Lakin məlum oldu ki, zaman keçdikcə bütün bunlar tətbiq edilməyə, həm də demək olar ki, hər yerdə tətbiq edilməyə başlamışdı. Kodlaşdırma informasiyanın qaçılmaz olan səhvlərdən müdafiəsi ilə məşğuldur. Lakin informasiyanı həmçinin kənar müdaxilələrdən və bilərəkdən səhvlər daxil edilməsindən də müdafiə etmək lazımdır. Dövrümüzdə bu, çox aktuallaşmışdır. Bununla geniş fəaliyyət sahəsi məşğul olur. İnformasiyanın müdafiəsi adlanır. Orada istifadə olunan metodlardan biri məlumatların şifrələnməsi, yaxud kriptoqrafiya adlanır.

Rus dilində kriptoqrafiya gizli yazı deməkdir. Ümumiyyətlə, klassik kriptoqrafiya elə riyaziyyatın özü qədər qocadır. Onun bir neçə min il yaşı var. Ondan hələ Qədim Misirdə və Qədim Yunanıstanda istifadə olunduğu güman edilir. Lakin təəccüblüdür ki, keçən əsrin 70-ci illərində artıq ictimai kriptoqrafiya, yaxud başqa cür desək, açıq açarlı kriptoqrafiya kəşf edildi. Daha bir ekvivalent termin də var – assimmetrik açarlı kriptoqrafiya. Məsələ ondadır ki, klassik kriptoqrafiya (onu sim­metrik açarlı kriptoqrafiya da adlandırırlar) aşağıdakılara əsaslanır: məxfi infor­ma­si­ya mübadiləsi edən iki subyekt eyni məxfi açara malik olmalıdır. Onlardan biri həmin açarla informasiyanı müəyyən alqoritmin köməyilə şifrələyir, digəri isə elə hə­min açarın köməyilə onun şifrini açır. Prinsipcə, şifrləmə sistemi düşmənə bəlli ola bilər-bundan çıxış yolu tapmaq lazımdır. O yalnız açarı bilmir. Açar olarsa, şifrəni aç­maq asan, olmadıqda isə demək olar ki, mümkünsüzdür. Lakin ümumi məxfi açara ma­lik olma narahatlıq doğurur. Necəsə görüşmək, çaparlar göndərmək lazım gəlir və s.

Məlum oldu ki, fərdlərdən hər birinin heç də mütləq üst-üstə düşməyən, öz məxfi açarı olan şifrləmə sistemi də mövcuddur. Buna baxmayaraq, onlar hətta müxtəlif kontinentlərdə olmaqla, bir-birilə görüşmədən informasiya mübadiləsi təşkil edə bilirlər. Həm də bu zaman heç bir xüsusi xidmət orqanı bunu, demək olar ki, oxumağa qadir deyil. Əlbəttə, nəzəri baxımdan bu, mümkündür. Əgər dünyadakı bütün superkompüterləri qoşa bilsəniz və vaxt baxımından məhdudiyyətiniz olmasa, məsələn, 1000 il yaşamaq imkanınız olarsa. Odur ki, söhbət praktiki baxımdan mümkünsüzlükdən gedir.

Beləliklə, hazırda açıq açarlı kriptoqrafiya gur inkişafdadır, yüzlərlə konfranslar keçirilir, jurnallar nəşr olunur, bu işdə Braziliya, Tayvan kimi ölkələrin tədqiqatçıları iştirak edirlər, külli miqdarda gözəl kriptoqrafik sistem kəşf edilmişdir. Məsələn, elektron imza sistemləri işlənib hazırlanmışdır. Onlar o qədər dəbdədir ki, artıq bir çox ölkələrin kriptoqrafik standartlarına daxil olmuşdur. Həm də onlardan real şəkildə istifadə edilir, çünki sanballı adamlar bu sənədləri bir-birilə görüşmədən, elektron şəkildə göndərə bilirlər, üstəlik, bu zaman məhz imzası gözlənilən adamın imza atdığına tam zəmanət verilir. Bu imzaların saxtalaşdırılmasının mümkünsüz olduğuna, həmçinin imza atanın öz imzasından imtina etməyəcəyinə də praktiki zəmanət var.

Lakin imzanın az-az tətbiq olunan daha ekzotik sistemləri də mövcuddur: qrupşəkilli imza, kandar (poroqovaə?) imzası, dairəvi imza. Onlar bir çox maraqlı xassələrə malikdir. Məsələn, dairədən bir nəfər hansısa sənədi imzalaya bilər və bu zaman onu kimin imzaladığını müəyyənləşdirmək mümkünsüzdür, lakin təsadüfən məlumdur ki, bir nəfər imzalayıb və lazım olan yerə ünvanlayıb. Yeri gəlmişkən, onları bizdə kəşf etməyiblər. Məncə, hardasa Çində.

Elektron səsvermənin təşkili sistemləri var. Hələlik, onlar da demək olar ki, tətbiq edilmir, lakin elə xassələrə malikdir ki, nəticələri saxtalaşdırmaq olmur və kimin necə səs verdiyini müəyyənləşdirmək mümkün deyil.

Elektron pullar adlandırılan sistemlər mövcuddur. Bunlar bizim İnternetdə istifadə etdiyimiz, müxtəlif ödəniş sistemləri deyil. Sonuncular primitiv sistemlərdir. Onlar mükəmməl deyil, onları elektron pul adlandırmaq olmaz. Mürəkkəb, praktiki, az tətbiq olunan sistemlər var ki, pulu tam imitasiya etməyə, o cümlədən izləməni mümkünsüzləşdirən sistemlər var. Yəni insanlar pul rolunu oynayan hansısa rəqəmlər toplusu vasitəsilə hesablaşırlar və bu zaman nə vaxtsa kimin kimə ödəniş etdiyini müəyyənləşdirmək mümkün deyil. Eyni zamanda, insanın həqiqətən ödəniş etməsinə tam zəmanət verilir və heç kimin heç bir iddiası olmur. Bütün bu xüsusiyyətlər paradoksal, bir-birilə uyğun gəlməyən təsəvvürlər yaratsada, bununla belə, bütün bunlara artıq nail olunmuşdur.

Mən sözümü artıq bitirirəm, lakin onu da demək istəyirəm ki, müasir riyaziyyat özü-özlüyündə inkişaf etsə də, ən azı, onun bəzi sahələri, gördüyümüz kimi, getdikcə daha çox, tamamilə gözlənilməz şəkildə tətbiq edilir və görünür, bu tendensiya inkişaf edəcəkdir. Odur ki, riyaziyyatı öyrənmək lazımdır.

Sonda demək istəyirəm ki, vaxtilə «Kodları sındıranlar» kitabını yazmış amerikalı jurnalist Kan həmin kitabda ilk dəfə açıq mətbuatda açıq kriptoqrafiyadan, yəni açıq yox, klassik kriptoqrafiyadan yazmağa başladı (bir halda ki, açıq kriptoqrafiya o zaman hələ təzəcə meydana çıxmağa başlamışdı). Məsələn, o, belə bir bəyanat verdi: «Böyük dövlət nüvə raketləri, ballistik raketləri, nüvə bombası və kriptoqrafiyası olan dövlətdir». Sözümü elə bununla bitirmək istəyirəm.



Prof. F. M. Əfəndiyev, Bakı Dövlət Universiteti

Qlobal Problemlər və bəşəriyyətin tərəqqisi.

Qloballaşma müasir dövrün ən mühüm proseslərindən biri kimi tədqiqatçılar tərəfindən geniş təhlil olunur. Bu problemə artmaqda olan maraq onun fundamentallığı, dünya proseslərinə, ölkələrin və xalqların həyatına dərindən nüfuz etməsi, inteqral məzmun daşıması və bütövlükdə müasir dövr üçün mühüm əhəmiyyəti ilə izah olunur.

Hazırda bəşəriyyət sivilizasiyanın özü və planetimizdə həyatın mövcudluğu üçün böyük təhlükə törədən kəskin qlobal problemlərlə qarşılaşmışdır. Bəşəriy­yətin gələcək sosial tərəqqisi əsrimizin əvvəllərində kəskin şəkildə ortaya çıxan bu həyati problemlərin həllindən asılıdır, eynilə də onların aradan qaldırılması yalnız həmin tərəqqi sayəsində mümkündür.

Müasir dövrün təməli kvintessensiyası olan fəlsəfə qloballıq fenomenini fəal surətdə tədqiq edir. Həmin fenomen bəşəriyyət qarşısında prinsip etibarı ilə yeni problemlər qoyur. Bunlardan bir çoxu əvvəllər mövcud olmuşdur və onların həlli təxirə salına bilməz, çünki onların bir çoxu kəskin olub, insan həyatının mövcudluğu məsələləri ilə bağlıdır.

Müasir dövrdə istilik-nüvə müharibəsi, ekoloji böhran, demoqrafik partlayış və digər qlobal miqyaslı təhlükələri təxirəsalınmaz surətdə həll etmək xüsusi ilə zəruridir. Bu, ümumbəşəri mənafeləri və dəyərləri hər şeydən üstün tutan yeni siyasi təfəkkürün təməlini təşkil edir.

Qloballaşma ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir, o, informasiya inqilabı ilə müşayiət olunur, sonuncu isə bütün coğrafi məkanlara yayılır. Belə ki, onun yaratdığı imkanlar sayəsində bu gün dünyada ünsiyyət psixologiyası yeniləşir, hər bir xalq digəri haqqında çoxlu biliklər əldə edir, müxtəlif xalqları, dinləri və mədəniyyətləri təmsil edən insanlar arasında peşə əməkdaşlığı inkişaf edir.

Qloballaşma bu vaxtı çatmış problemlərin həllində bütün ölkələrin və xalqların cəhdlərini birləşdirməyi tələb edir. Belə yanaşma ümumilikdə dünyanın inkişafı haqqında proqramların işlənib hazırlanmasında BMT-nin və digər beynəlxalq təşkilatların rolunu artırır. Onlarla yanaşı həmin problemləri həll edə bilən prinsipcə yeni beynəlxalq strukturların yaranması da mümkündür.

Hazırda bəşəriyyət tarixində ilk dəfə olaraq yer kürəsinin çoxmilyardlı əhalisini yaşayış vasitələri ilə təmin etmək, onlar üçün ləyaqətli həyat şəraiti yaratmaq üçün imkan açılmışdır. Buna nail olmaq üçün bəşəriyyət bütün zəruri iqtisadi və maliyyə resurslarına, elmi-texniki imkanlara və intellektual potensiala malikdir. Bununla belə, həmin imkanın reallaşması üçün ümumbəşəri maraqların və dəyərlərin prioritetinə əsaslanan yeni siyasi təfəkkür, xeyirxah iradə və beynəlxalq əməkdaşlıq zəruridir.



Akad. A.M.Məhərrəmov, Bakı Dövlət Universitetinin rektoru

İntensiv Texnologiyaların Sürətli artımı Şəraitində elm və təhsilin tarazlaşdırılmış inkişafı

Bəşəriyyətin mövcud olduğu bütün dövr ərzində insanlar həmişə özlərinə belə bir sual verirdilər: nə zaman, hansı dövrdə biz cəmiyyət üçün daha gərəkli ola bilərdik, həyat isə bizim özümüz üçün daha maraqlı və səmərəli olardı?

Çox güman ki, XIX əsrdə və daha əvvəllər yaşayanlar bu suala cavab axtararkən çətinliklərlə üzləşərdilər. Çünki o vaxtlar tarixdə bu və ya digər dövrü səciyyələndirən dəqiq meyarlar yox idi.

XX əsrin sonu – XXI əsrin əvvəllərində yaşayanlar isə qoyulan suala çətinlik çəkmədən cavab verə bilərlər. XX əsrdə biz dünya hökmranlığı, dünyanın siyasi xəritəsinin dəyişdirilməsi uğrunda çoxsaylı müharibələrin şahidi olduq. Bu baxımdan keçən yüzilliyin ortalarında çoxları XX əsri müharibələr dövrü, nüfuz dairələrinin dəyişdirilməsi uğrunda mübarizə dövrü sayırdı. Əsrin bizə də yaşamaq nəsib olan ikinci yarısı isə tarix tərəfindən sosializmlə kapitalizmin paralel inkişafı dövrü kimi səciyyələndirilir. Bundan çıxış edərək, bir çoxları XX əsri imperializmin inkişafı, digərləri isə kommunizm quruculuğu dövrü sayır. Lakin XX əsrin sonlarına doğru aydın oldu ki, o, daha çox, elm və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi-praktik innovasiyaların meydana çıxması, informasiya-kommunikasiya texnologiyalarının yayılması ilə səciyyələnir. Bir sözlə, XX əsr tarixə informasiya əsri kimi, sözün daha geniş anlamında isə – elm və təhsil əsri kimi daxil oldu.

Əvvəlki yüzilliklərdən hər biri hansısa texnologiyanın meydana çıxması ilə səciyyələnmişdir ki, həmin əsrdə tərəqqini elə onların inkişafı müəyyənləşdirirdi. XVIII əsrdə bunlar mexaniki sistemlər, XIX əsrdə – buxar maşını, XX əsrdə isə informasiyanın toplanması, ötürülməsi, emalı və saxlanması texnologiyaları oldu.

Bizim dövrümüz isə, artıq qeyd etdiyimiz kimi, elm və yeni texnologiyaların sürətli inkişafı dövrüdür. İndi bəşəriyyət öz inkişafının yeni mərhələsinə qədəm qoyur ki, bu mərhələdə nəinki klassik elmlər sürətlə inkişaf edir, həm də yeni fənlər meydana çıxır. Toplanan elmi biliklərin həcmi artır, elm və texnikanın nailiyyətləri sürətlə həyata tətbiq edilir.

Müxtəlif ölkələrin aparıcı elmi nəşrlərində elmi materialların sayı artır. Həm də slaydda da gördüyümüz kimi, son illər inkişaf etməkdə olan bir sıra ölkələr – Çin, Cənubi Koreya, Hindistan, Malayziya bu sahədə artım templərinə görə dünyanın aparıcı ölkələrini qabaqlamaqdadır.

Təbii ki, bu, elmi araşdırmalara təsir göstərir və təhsil prosesinin təşkilinə yeni yanaşma tələb edir. Müasir şəraitdə tədrisin yeni texnologiyalarının tətbiqi, müasir informasiya texnologiyalarından istifadə, nəzəriyyə ilə praktika, yəni elmlə istehsalat arasında daha sıx əlaqələrin qurulması qaçılmazdır.

İndi nəhəng informasiya axınlarını sürətlə emal etməyi və ondan istifadəni bacaranlar uğur qazanırlar. Liderlik isə elmlə təhsilin səmərəli inteqrasiyasına nail olmuş ölkələrdədir. Slaydda təqdim olunan məlumatlar buna nümunə ola bilər. Məsələn, Nobel mükafatı laureatlarının 70%-i, elm və mühəndislik sahəsində məqalələrin 30%-i və dünyada ən çox sitat gətirilən elmi məqalələrin 44%-i ABŞ-ın payına düşür. Yuxarıda adlarını çəkdiyim bir sıra ölkələr də bu istiqamətdə sürətlə irəliləməkdədir.

İndi biz baza elmi təhsilin daim yeniləşdirilməsi və genişləndirilməsinə daha çox diqqət yetirməli, elmi-texniki biliklər və vərdişlərin aşılanması üçün bütün zəruri tədbirləri görməliyik. Müasir meyarlara cavab verən mütəxəssislər hazırlanması təhsil sistemində elmi biliklərin inkişafından geri qalmamağı, təhsil prosesinə müasir kommunikasiya vasitələrini, «nou-hau» tipli innovasiya texnologiyalarını, daha cəsarətli tətbiqini, o cümlədən «injener-haus»lar və texnoparklar yaradılması üçün imkanlar axtarılmasını, yəni intensiv texnologiyaların sürətli inkişafı şəraitində elmlə təhsil arasında tarazlaşdırılmış qarşılıqlı münasibətlər yaradılmasını tələb edir.

Obyektiv və dinamik inkişaf edən proses olan ali təhsilin beynəlmiləlləşməsi artıq yeni mərhələyə – inteqrasiya mərhələsinə keçir. Təhsil müəssisələrinin xarici tərəfdaşlar və təşkilatlarla möhkəm əlaqələr qurması, ali təhsil müəssisələrinin regional birliklərinin formalaşdırılması, YUNESKO, BMT və başqa təşkilatların himayəsi altında bütün dünya üçün ümumi inkişaf strategiyasının işlənib hazırlanması buna dəlalət edir. Son nəticədə, bütün bunlar dünya ali təhsilinin vahid sistemdə birləşməsinə gətirib çıxarmalıdır.

Yeri gəlmişkən, son illər postsovet məkanında da bu istiqamətdə böyük iş görülmüşdür. Rusiya, Ukrayna, Mərkəzi Asiya, Qara dəniz boyunun aparıcı universitetlərinin Avrasiya Universitetlər Assosiasiyası, Xəzəryanı Universitetlər Assosiasiyası və Qara dəniz hövzəsi Universitetləri Assosiasiyasında birləşməsi buna nümunə ola bilər. Paralel olaraq, Avropa və MDB-nin bir çox aparıcı ali məktəbləri ilə ikitərəfli əlaqələr də inkişaf etdirilir və möhkəmləndirilir, MDB ölkələrinin aparıcı ali məktəblərinin filialları açılır. Məsələn, 2008-ci ildən Azərbaycanda MDU-nun filialı müvəffəqiyyətlə fəaliyyət göstərir. Bolonya sisteminin tətbiqində də uğurlar əldə edilmişdir.

Bütün bunlara baxmayaraq, universitetlərimiz hələ də dünyanın aparıcı ölkələrinin universitetlərindən geri qalmaqdadır. Bu, universitetlərin ABŞ, Yaponiya, böyük Britaniya və digər inkişaf etmiş ölkələrin ali məktəblərinin böyük əksəriyyət təşkil etdiyi Şanxay reytinqindən də aydın görünür. Burada belə bir məlum ifadəni yada salmaq yerinə düşər: «Amerika universitetləri Amerika bu qədər belə zəngin olduğu üçün güclü deyillər, universitetləri belə güclü olduğu üçün Amerika bu qədər zəngindir».

Təbii ki, dünya ali təhsil sisteminə inteqrasiyanı davam etdirmək zəruridir. Lakin buna qədər biz öz aramızda inteqrasiyanı, yəni regional inteqrasiyanı hərtərfli genişləndirməliyik. Mən əminəm ki, tezliklə elmin vətəni olmadığı kimi, təhsilin də vətəni olmayacaqdır.

Ali təhsilin inkişafının müasir meylləri həm müsbət, həm də mənfi nəticələrə gətirib çıxarır. Məsələn, ali təhsilin miqyasının genişlənməsi ilə əlaqədar təlimin keyfiyyətinin təmin edilməsi problemi kəskinləşmişdir. Müasir cəmiyyətin yüksək səviyyəli təhsilə malik mobil mütəxəssislərə kəskin ehtiyacı var. Məhz cəmiyyət gənc mütəxəssislərin əmək bazarına təsir göstərərək, keyfiyyətli ali təhsili stimullaşdıra bilər və bunu etməyə borcludur. Ali təhsilin artmaqda olan miqyasının maliyyələşdirilməsi problemi də kifayət qədər kəskinləşmişdir. Digər tərəfdən, tələbələrin sayının artması bir çox tədris müəssisəsini infrastrukturun təkmilləşdirilməsi, kitabxana fondları, beynəlxalq əməkdaşlıq, pedaqoji kadrların hazırlanması və yenidən hazırlığına xərcləri azaltmağa məcbur edir. Yeri gəlmişkən, Rusiya Federasiyasının Prezidenti hörmətli cənab Medvedyev bu yaxınlarda Ulyanovskdakı çıxışında bu məsələlərə toxunaraq, iqtisadiyyat üçün üstün sahələr üzrə təlimin maliyyələşdirilməsinin zəruriliyini, həmçinin tələbələrin işə düzəlməsi məsələlərinə də toxunmuşdu.

O da təşviş doğurur ki, ölkələrin iqtisadi inkişafındakı fərqlər «beyin axını» kimi neqativ meyilin yaranmasına gətirib çıxarır. Bu, inkişaf etməkdə olan və keçid dövrü ölkələri üçün çox mənfi prosesdir. Məsələ ondadır ki, inkişaf etmiş ölkələr məqsədyönlü miqrasiya siyasəti yürüdərək, getdikcə daha sərfəli şərtlər təklif edirlər. Odur ki, dünya ali təhsil sisteminə inteqrasiya edərkən bu prosesin həm müsbət, həm də mənfi cəhətlərini nəzərə almaq zəruridir. Beynəlxalq əməkdaşlıq ali təhsilin məzmun və səviyyəsinin iqtisadiyyatın tələbatlarına uyğunluğu, müxtəlif ölkələrdə mütəxəssis hazırlığının səviyyəsinin bərabərləşdirilməsi, bu sahədə tərəfdaşlığın möhkəmləndirilməsi kimi aktual məsələlərin həllinə yardımçı olur. Bununla yanaşı, o həm də «beyin axını»nın qarşısını almalıdır. Onun ən mühüm vəzifələrindən biri isə məhz milli iqtisadiyyat üçün ixtisaslı kadrlar hazırlanması olmalıdır. İndi bu məsələ son dərəcə aktualdır. Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılır. İlk növbədə, ölkə rəhbərliyi son illər ərzində yeni iş yerlərinin açılması üçün məqsədyönlü iş aparır. Elm və təhsildə əmək şəraitinin və maddi-texniki təminatın yaxşılaşdırıl­masına xüsusi diqqət yetirilir. Bu sahələrin işçilərinin əmək haqlarının demək olar ki, hər il artırılması artıq yaxşı bir ənənəyə çevrilmişdir. Dövlət proqramı üzrə dünyanın aparıcı ali məktəblərində təhsil almış gənc mütəxəssislərə xüsusi diqqət yetirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
873 861 886 931 924 875

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.