reklam
36 il əvvəl butulkada göndərilmiş məktub tapılıb - FOTO 36 il əvvəl butulkada göndərilmiş məktub tapılıb - FOTO https://take.az/uploads/posts/2019-12/thumbs/1576346770loading.az_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 15-12-2019, 08:00

36 il əvvəl butulkada göndərilmiş məktub tapılıb - FOTO

36 il əvvəl butulkada göndərilmiş məktub tapılıb - FOTO
ABŞ sakini Coşua Mendes Massaçusetsdə Keyp-Kodu çimərliyində gəzişərkən 36 il əvvəl göndərilmiş məktubun olduğu butulkanı tapıb.

Coşua bildirib ki, quma demək olar, tamamilə batmış şüşə butulkanı təsadüfən görüb. O, butulkanın içində 11 yaşlı Cenni Braun adlı qızın 4 may 1983-cü il Consport (Men ştatı) şəhərindən göndərdiyi məktubunu aşkarlayıb. Qız məktubu tapan şəxsdən ona cavab yazmağı xahiş edərək öz ünvanını da qeyd edib.
Mendes 73 yaşlı atası Polla birlikdə Cennini tapmağa qərar veriblər. Bununla yanaşı, onlar qızın bu qədər uzun müddət sonra hələ də həmin ünvanda yaşamasına inanmayıblar. Buna baxmayaraq ata və oğul bununla bağlı sosial şəbəkələrdə elan veriblər. Şərhlərdən birində onların statusuna Keti Mari Braun adlı qız cavab verib. O, məktubun bacısı tərəfindən göndərildiyini təsdiqləyib. Keti Mari bildirib ki, bacısı indiyə qədər Consportda yaşayır.

36 il əvvəl butulkada göndərilmiş məktub tapılıb - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 167 209 148 195 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.