reklam
Eyni Musiqilər Eyni Musiqilər https://take.az/uploads/posts/2021-01/thumbs/1611216470_loading.az_image.jpeg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Sevgi 21-01-2021, 13:30

Eyni Musiqilər

Eyni Musiqilər
Bəlkə eyni musiqilərə qulaq asırıq. Bəlkə də eyni vaxtda yatırıq. Eyni şeylərdən danışırıq. Bəlkə də eyni şeyləri hiss edirik. Kim bilir,bəlkə də,eyni anda darıxırıq. Bəlkə də eyni insanlara küskünük. Bəlkə hələ də eyni fəsilləri sevirik. Yenə qar yağanda,parklarda tək ikimiz oluruq bəlkə. Bəlkə də heçnəyin dəyişməyibdir. Bəlkə də,bəlkələr qurursan sən də. Bəlkə sən başqa yerlərdə,amma mən hələ də `səndə` Yenə mənə `qal` yaraşır,sənə `get` Dodağıma xal yaraşır,səninkinə siqaret..


Eyni Musiqilər


Bir çiçəyi sevirsənsə qoy var olsun, sahib olmaq şərt deyil. Çünki sevmək sahib olmaqla əlaqəli deyil, dəyər vermək ilə əlaqalidir.

Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə...




Unutqanlığın bol olduğu vaxtlarda yaşayırdım. Brilliantlarım vardı qumun altında basdırdığım şüşə qırıntılarından ibarət,hər dəfə yerini unutduğum. Çəhrayı xəyallarımız vardı, bir nizamilik bulkumuz, bir nizamilik düşesimiz vardı. Qarpız tamlı saqqızımız, yeddi şüşəmiz, kraska oyunumuz, rezinkamız, ortada qaldımız, benövşəmiz vardı bizim o zamanlar. Nə dünya malında gözümüz vardı, nə dərdimiz kədərimiz. Xoşbəxtdik biz o zamanlar...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 289 289 294 264 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.