reklam
Yuxuda danışmaq Yuxuda danışmaq https://take.az/uploads/posts/2021-02/thumbs/1614253097_loading.az_img-20210127-wa0003.jpg
ÊLfidÂ

ÊLfid Maraqlı 25-02-2021, 19:00

Yuxuda danışmaq

Yuxuda danışmaq

Yuxuda danışmaq yuxu əsnasında danışma prosesidir. Parasomniyanın bir növüdür (yuxu zamanı baş verən anormal davranış). Bu çox yayılmış bir hadisədir və ümumiyyətlə tibbi problem kimi qəbul edilmir. Ancaq bəzən bu danışıqlara qulaq asan insanlar söhbətləri təhqiramiz və ya kobud hesab edə bilərlər. Yuxuda danışanlar normal olaraq 30 saniyədə çox danışmırlar, lakin bəziləri gecə ərzində dəfələrlə danışa bilər. Yuxuda olan şəxsin danışığı bəzən sadə səslər, bəzən də uzun və maraqlı söhbətlər ola bilər. Yuxuda danışanların tez-tez özləri ilə danışdıqları müşahidə olunur. Ancaq bəzən başqaları ilə söhbət etdikləri də müşahidə olunur.

Kimlər yuxuda danışır?
Bir çox insan yuxuda danışır. 3-10 yaş arası bütün uşaqların yarısı və yetkinlərin az bir hissəsi (təxminən 5%) yuxuda olarkən danışır. Qızlar yuxuda oğlanlar qədər danışırlar. Yuxuda danışan şəxslərin uşaqlarında da bu hal tez-tez müşahidə olunur.

Yuxuda danışmağa nə səbəb olur?
Bəzi hallarda yuxuda danışmaq daha ciddi bir yuxu pozğunluğunun və ya sağlamlıq vəziyyətinin bir əlaməti ola bilər. REM (Rapid Eye Movement- Sürətli Göz Hərəkəti) yuxu davranışı pozğunluğu və yuxu (gecə) terroru, bəzi insanların yuxu zamanı bağırmasına səbəb olan iki növ yuxu pozğunluğudur. Yuxu terroru olan insanlarda yuxu əsnasında tez-tez qorxulu qışqırıqlar, təpik atmalar müşahidə olunur və onları oyatmaq çox çətindir. Bu tip insanlarda tez-tez yuxuda gəzmələr və yuxu zamanı danışmalar müşahidə olunur.

Yuxuda danışmağa səbəb olan digər səbəblər:
-Bəzi dərmanlar
-Duyğusal stres
-Qızdırma
-Ruhi narahatsızlıq
-Maddə bağımlılığı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 211 192 209 188 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.