reklam
Sən mənimsən, Yalnız mənim! Sən mənimsən, Yalnız mənim! http://take.az/uploads/posts/2017-02/1488206650_16908586_823644604460052_2296989664277430272_n.jpg
amon

amon Sevgi 6-07-2020, 09:51

Sən mənimsən, Yalnız mənim!

Sən mənimsən, Yalnız mənim!
Vardır əlbət içinizdə, qəlbinizin dərinliyndə kiçik də olsa bir sevgi, 
fərqi yoxdur kimə qarşı, nəyə qarşı, önəmli olan var o, 
var artıq paylaşmaq istəmədiyiniz, kimləsə onu bölmək istəmədiyiniz bir zərrə bir hiss.

Bəlkə də yoxdur o realda, canlandırırsınız onu xəyalınızda, ağlınızda.
Vardır bir yerlərdə deyə düşünürsünüz,hətta indi yanımda yoxdur deyə düşünsəniz də
var olduğuna qarşı inamınızı artırır xəyalınızdakı o şəxsi,o kəsi. 

Vardır mənim üçün də biri-nə şeirlərlə, nə nağıllarla, nə də musiqi ilə anlata biləcəyim biri.
O elə biri ki,çox fərqlidir hər kəsin xəyalındakı o əvəz olunmaz şəxsdən.
Hərə bir cür anladır onu, kimisi canım deyir,kimi gülüm, kimisi günəşim, ayım, əzizim, dünyam, həyatım, sevgilim deyir.Amma mən bunlari deyə bilmirəm...

Ona canım deyə bilmirəm: canım əlbət bir gün öləcək
Ona gülüm deyə bilmirəm: əlbət solub gedəcək
Ona günəşim, ayım deyə bilmirəm, batıb gedəcək
Ona dünyam deyə bilmirəm, korlanıb gedəcək
Ona həyatım deyə bilmirəm, acı olub gedəcək

Sənə ulduzum deyə bilmirəm,. uzaq deyilsən onlar qədər
Sənə ruhumsan deyə bilmirəm, yaşamırıq biz ruhlar aləmində
Sənə yuxumsan deyə bilmirəm, ayılıram hər səhər
Sənə arzumsan deyə bilmirəm: çünki sən arzuların,xəyalların daha üstündəsən, canlandırmaq olmur səni arzularımda. Tərənnüm belə etmək imkansızdir.

Amma vardır əlbət sənə deyə biləcək bir söz
Səni əks etdirən,səni göstərən
o sözlə hər kəsə izah edə bilərəm sən kimsən
o sozlərdə tapıram səni...

Içimdəki mənsən
Düşüncəmdəki maddə, beynimdəki məhsulsan
damarımdaki qan, ciyərimdəki nəfəssən
gözlərimdəki nur, dodağımdakı təbəssümsən
baxıram hər gün güzgüdə sənə
anlayıram sən mənim MƏNIMSƏN 
Mən var olduğum müddətcə sən MƏNIMSƏN

İndi qoy hər kəs bir birinə sən mənim canım, sən mənim ürəyim, sən mənim gülümsən desin,
amma mən hər kəsdən fərqli bir hissə sahibəm, mən sadəcə sən mənim MƏNIMSƏN deyə biləcəyəm.
Getdiyim hər yerdə, olduğum hər yerdə, yatdığım, durduğum, əyləndiyim hər yerdə varsan sən.
Yoxdur əlbət səndən gizli bir yer
Sənin görmədiyin,sənin duymadığın,sənin olmadığın bir yer
Çünki sən mənim MƏNIMSƏN 

Istər çirkab içində olum, istər ən böyük qatil, istər dünyanı qurtaran adam olum
 Içimdə hər zaman son anda belə yaşamaq umidi ilə yaşayıram,çünki sən mənim MƏNIMSƏN
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 483 433 444 428 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.