reklam
Yağış Haqqında Yağış Haqqında https://take.az/uploads/posts/2021-03/thumbs/1615531753_loading.az_yagmur-shutterstock-1_16_9_1603821136.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 12-03-2021, 10:48

Yağış Haqqında

Yağış Haqqında
Yağış – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır.
Yağış mövsümü quraqlıq dövrün əksinə olaraq bir neçə iqlim tipində (musson, Aralıq dənizi sahili) hər il bir və ya bir neçə ay ərzində təkrar olunan yağış halında maksimum yağıntıdır.[1]

Atmosfer yağıntıları — buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qırov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır.Respublika ərazisində yağıntıların miqdarındakı böyük fərqlər relyef xüsusiyyətləri, dağ silsilələrinin hündürlük fərqi, yamacların dikliyi və səmtinin müxtəlifliyi, böyük su hövzələrinə yaxınlıq və verilmiş ərazi üçün səciyyəvi olan atmosfer dövranı ilə qarşılıqlı əlaqələrlə izah edilir. İlin soyuq dövründə (noyabr-mart) ən az yağıntı Kür-Araz ovalığında - Kür çayı vadisində, xüsusilə də qərb hissədə 150 mm, bəzi yerlərdə isə 100 mm-dən az olur. Böyük Qafqazın şimal-şərq yamacında bu kəmiyyət 250 mm, cənub yamacda 350 mm və daha çox, Kiçik Qafqazın şimal və cənub hissələrində müvafiq olaraq 150-200 mm, Naxçıvanda 300 mm, Talış dağlarında isə 1600 mm-dən çox olur. İsti yarımillikdə (aprel-oktyabr) ən az yağıntı Kür-Araz ovalığı və Abşeron yarımadasının Xəzər sahili hissəsində müşahidə olunur (50-100 mm). Buradan Kür vadisi ilə yuxarıya doğru getdikcə, xüsusilə də dağlara yaxınlaşdıqca yağıntıların miqdarı artır. Bu kəmiyyət Böyük Qafqazın şimal-şərq yamacında 400 mm, cənub yamacda isə 800 mm-ə çatır, Kiçik Qafqazın şimal hissəsində 400 mm, cənub hissəsində 500 mm, Naxçıvanda - Araz çayı boyunca 100 mm, yüksək dağlıq zonada, xüsusilə də Zəngəzur dağlarında 300 mm, Talış dağlarında isə 500 mm təşkil edir. Buradan da görünür ki, illik yağıntının paylanmasından fərqli olaraq ilin isti dövründə maksimum yağıntı Talış dağlarında deyil, Böyük Qafqazın cənub yamacında müşahidə edilir.[2]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
286 309 284 287 334 286

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.