KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 11-03-2021, 20:09

Buxarlanma

Buxarlanma
Adətən buxarlanma dedikdə suyun buxara çevrilməsi başa düşülür. Su ilə kifayət qədər təmin olunmuş ərazilərdə temperatur yüksəldikcə buxarlanma da artır. Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır.

Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur.[1] Torpaq və su səthindən buxarlanmaya meteoroloji şərtlər təsir edir. Bitkilərin rütubətliyə olan tələbi müəyyən üsullar ilə təyin edilir. Bunun üçün ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin buxarlandırma qabiliyyəti, torpağın rütubətliyi, yağıntıların miqdarı, buxarlanma qabiliyyəti kimi əsas şərtlər nəzərə alınır.
Buxarlanma qabiliyyəti, yəni mümkün buxarlanma yalnız bu və ya digər ərazinin iqlim xüsusiyyətlərinin səciyyələndirilməsində deyil, rütubət ehtiyatlarının kifayət qədər olmadığı ərazilərdə kənd təsərrüfatı üçün böyük praktik əhəmiyyət kəsb etməklə, iqlim suvarma normasının optimal kəmiyyətinin təyin edilməsində xüsusi rola malikdir. Bu göstəricinin öyrənilməsi suvarma əkinçiliyinin yayıldığı Azərbaycanda daha vacibdir. Ə.M.Şıxlinskinin tədqiqatlarına görə [1949] Azərbaycan şəraitində buxarlanma qabiliyyətinin hesablanması üçün B.K.Davıdovun [1944] aşağıdakı düsturu daha effektlidir: Emm=0,55 nd0,8 (1+0,1w) burada – d – havanın rütubət çatışmazlığının orta aylıq miqdarını (mm-lə), w-küləyin orta aylıq sürətini (m/san ilə) n-aydakı günlərin sayını göstərir. V.K.Davıdovun düsturunu tətbiq etməklə (bəzi hallarda radiasiya balansı üzrə müvafiq kəmiyyətləridə əlavə etməklə) onun tərəfindən respublikanın bütün meteostansiyaları üçün buxarlanma qabiliyyətinin aylıq, illik və çoxillik kəmiyyətləri hesablanmış, onun illik və fəsillər üzrə paylanması xəritələri tərtib edilmişdir. Müəyyən edilmişdir ki, buxarlanma qabiliyyətinin illik kəmiyyəti çox böyük hədd daxilində – 1400 mm-lə 300 mm arasında dəyişir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
598 702 639 577 584 626

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.