reklam
Unutqanlığın qarşısını almağın 10 yolu Unutqanlığın qarşısını almağın 10 yolu https://take.az/uploads/posts/2021-08/thumbs/1630387311_loading.az_unutqanligin-qarsisini-almagin-10-yolu.jpg
n2006

n2006 Məsləhətlər 31-08-2021, 22:00

Unutqanlığın qarşısını almağın 10 yolu

Unutqanlığın qarşısını almağın 10 yolu
Bir çox insan yaşlandıqca unutqanlıqdan əziyyət çəkir. Bəs unutqanlığın səbəbləri nədir? Unutqanlığın qarşısını necə ala bilərik? Unutqanlığın qarşısını alan qidalar hansılardır?
Unutqanlığın səbəbləri və müalicəsi

Əslində, hamımız gündəlik həyatda qarşılaşdığımız unutqanlığı normal qəbul edirik. Məsələn, pul qabını evdə qoymaq, xüsusi günləri yaddan çıxarmaq və s. Belə hadisələr artdıqca, xüsusən insan yaşlandıqca bunlar daha da cansıxıcı olur. Unutqanlığın asan həll oluna biləcək səbəbləri vardır. Unutqanlıq bir çoxumuzun şəxsi və sosial həyatına təsir edən bir problemdir. Bu yazıda unutqanlığın səbəblərini, zərərlərini və unutqanlığın qarşısını almaq üçün nə edə biləcəyimizi bir araya gətirmişik.



Unutqanlıq niyə yaranır?

Unutqanlığın səbəbləri arasına bir çox nevroloji və psixiatrik xəstəlikləri də daxil etmək mümkündür. Bunlar arasında mərkəzi sinir sisteminə təsir edən depressiya və digər xəstəlikləri göstərmək olar. Unutqanlıq xəstəlik olmadan da baş verə bilər.

Stresli həyat şərtləri
Əhəmiyyətsiz şeylərin yadda saxlanılması
Bir iş öyrənərkən birdən çox mövzu ilə məşğul olmaq
Diqqəti cəmləşdirməyi azaldan təsirlər
İşimizə kifayət qədər əhəmiyyət verməmək
Səliqəsiz iş ortamı
Öyrənmə və yaddaş texnikaları haqqında kifayət qədər məlumatlı olmamaq
Sadaladığımız bu amillər öyrəndiyimiz hər şeyi xatırlamağımızı çətinləşdirərək, bizi unutqanlıq dediyimiz problemlə üzləşdirir.

Unutmanın faydası da var

Bəzi anları unutmaq həmişə pis bir şey kimi qəbul edilməməlidir. Əslində unutqanlıq yaşanan mənfilikləri nəzərə almasaq, insan üçün çox faydalı haldır. Məsələn, başımıza gələn pis hadisələri unutmaq kimi. Əgər unutmasaq, problemlərin məngənəsində boğularıq.



Unutqanlığın qarşısını almaq üsulları hansılardır?

Unutqanlığın qarşısını alan bəzi üsullar var, bunlardan bəziləri aşağıdakılardır:

1.Nə qədər üzərində çox dayansan, bir o qədər gec unudarsan

Bir şeyi yaddaşa köçürərkən diqqət və konsentrasiyanı cəmləmək lazımdır. Bir mövzuya nə qədər çox diqqət yetirilsə, o qədər asanlıqla yadda qalacaq. Bu səbəbdən ətrafda diqqəti yayındıran başqa şey olmamalıdır. Bir mövzu bizim üçün nə qədər vacibdirsə, yaddaşımızda o qədər uzun müddət qalacaq.

2. Oxşarlıqlar qurmaqla xatırlamaq üsulu

Bu vəziyyətdə yaddaşınızda olan bir şeyi həyatınızda olan nəsnələrlə eyniləşdirərək yadda saxlaya bilərsiniz. Məsələn, bir telefon nömrəsini əzbərləyərkən, doğum tarixiniz, kredit kartı parolunuz, evlənmə tarixiniz kimi rəqəmlərdən yararlana bilərsiniz.



Unutqanlığı aradan qaldıran qidalar

1. Yaban Mersini

Yaban mersini üzərində aparılan araşdırmalar bu meyvənin beyni "oksidləşdirici stress"dən qoruduğunu, yaşla əlaqədar unutqanlığı aradan qaldırdığını ortaya çıxarıb. Yaddaşınızı gücləndirmək üçün gündə bir ovuc yaban mersini yeyə bilərsiniz.



2. Dəniz balıqları

Omeqa 3 yağ turşuları ilə zəngin olan ton, somon kimi dəniz balıqları unutqanlığı aradan qaldırır. Eyni zamanda, əsl protein mənbəyi olan bu balıqlar ümumi sağlamlığın qorunmasına da kömək edir. Həftədə 2-3 dəfə balıq yemək yaddaşınızı uzun müddət qorumağınıza kömək edəcək.



3. Quru meyvələr

E vitamini ilə zəngin olan qoz, fındıq və digər quru meyvələr unutqanlıqla mübarizədə çox faydalıdır. Hər gün bir ovuc qoz, fındıq, anakardiya, badam, fıstıq, günəbaxan toxumu kimi qidalar yesəniz, yaddaşınız möhkəmlənər.



4. Dənli bitki məhsulları

Hər orqan kimi beyin də kifayət qədər oksigen almaq üçün nizamlı qan axınına ehtiyac duyur. Yulaf əzməsi, qəhvəyi düyü kimi qidalar pis xolesterolu azaldır və qan axını mənfi təsir edən damar tıxanmasının qarşısını alır. Qara çörək xüsusən faydalıdır.



5. Nar şirəsi

Antioksidantlarla zəngin olan nar şirəsi bədəndəki hüceyrə quruluşunu pozan "sərbəst radikallardan" effektiv qorunma təmin edir. Portağal, çiyələk və qreypfrut kimi antioksidan meyvələr də unutqanlıq üçün faydalıdır və beyin hüceyrələrini qoruyur.



6. Yaşıl çay

Yaşıl çay konsentrasiyanı artırır, əhval-ruhiyyəni yüksəldir və unutqanlığa faydalıdır. Antioksidant xüsusiyyətləri ilə beyni və digər orqanları qoruyan yaşıl çay təzə dəmlənməlidir. Yaşıl çay dəmlədikdən sonra isti və ya soyuq içə bilərsiniz.



7. Tünd şokolad

Qara şokolad yaddaşın qorunmasına kömək edən qidalar arasındadır. Konsentrasiyanı da artırır və enerji verir. Şokoladın müsbət təsirlərindən faydalanmaq üçün 50-70% kakaolu olan tünd şokolad yeməlisiniz. Gündə 10-15 qram şokolad yemək kifayətdir.



8. İspanaq

Folik turşusu və minerallarla zəngin olan ispanaq yaddaşı gücləndirir, unutqanlığı bərpa edir. Folik turşusu, Alzheimer xəstəliyindən qorunmaq və yaşla əlaqədar unutqanlığın müalicəsi üçün tövsiyə edilən ən yaxşı vitaminlərdən biridir. 1 kasa çiy ispanaq gündəlik folik turşusu ehtiyacının təxminən 60% -ni qarşılayır.



9. Alma

Alma, qırmızı soğan və brokoli antioksidant növü olan "quercetin" ilə zəngindir. Yaddaşı gücləndirən qidalar arasındadır. Brokoli eyni zamanda folik turşusu ilə zəngindir.



10. Pomidor

Likopen, pomidorda olan güclü bir antioksidantdır. Demansın inkişafına kömək edən sərbəst radikalların səbəb olduğu hüceyrə zərərini aradan qaldırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 268 264 291 296 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.