reklam
Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul https://take.az/uploads/posts/2023-03/medium/1678648099_tezyiq_065.jpg
n2006

n2006 Sağlamlıq 13-03-2023, 12:30

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul

Təzyiqi salmağa kömək edən ən yaxşı 8 məhsul
Alimlər təzyiqi normallaşdırmağa kömək edən ən yaxşı 8 məhsulun adını açıqlayıb.

1. Çuğundur şirəsi


LoaDinG.Az xəbər verir ki, çuğundurun tərkibində olan nitrat orqanizmdə azot oksidinə çevrilir. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi salmağa yardım edir.

2. Sobada bişirilmiş kartof (yağsız və duzsuz)

Belə kartofun tərkibində kalium və maqnezium xüsusilə çoxdur. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyqi aşağı salmağa kömək edir.

3. Süd məhsulları

Bu məhsulların istehlakı orqanizmdə kalsiumun səviyyəsini qaldırır. Araşdırmalar göstərir ki, kalsiumun çatışmazlığı təzyiqin artmasına səbəb olur.

4. Yumurta

Çin alimləri sübut edib ki, yumurta ağının tərkibində olan xüsusi peptid orqanizmə kaptopril kimi təsir edir. (Kaptopril tanınmış təzyiq salan dərmandır).

5. Lobya

Lobyanın tərkibində olan maqnezium, kalsium və kalium təzyiqi normallaşdırmağa kömək edir.

6. Banan

Bu ən tanınmış təzyiq salan məhsuldur. Bunun səbəbi bananın kaliumla zəngin olmasıdır.

7. Nar və nar şirəsi

Böyük Britaniyada aparılmış bir araşdırmada yüksək təzyiqdən əziyyət çəkən insanlar hər gün 1 stəkan nar şirəsini içirdi. 2 həftədən sonra bu insanlarda təzyiqin aşağı düşməsi aşkar olunub.

8. Tünd şokolad

Antioksidantlarla zəngin olan tünd şokolad damarların elastikliyini artırır və bununla da təzyiqi aşağı salmağa kömək edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
105 82 110 114 119 132

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.