reklam
Möcüzəvi səməni xərçəngə qarşı - İnsanı başdan-ayağa cavanlaşdıran resept Möcüzəvi səməni xərçəngə qarşı - İnsanı başdan-ayağa cavanlaşdıran resept https://take.az/uploads/posts/2023-03/medium/1678648265_semeni_02.jpg
n2006

n2006 Sağlamlıq 13-03-2023, 13:00

Möcüzəvi səməni xərçəngə qarşı - İnsanı başdan-ayağa cavanlaşdıran resept

Möcüzəvi səməni xərçəngə qarşı - İnsanı başdan-ayağa cavanlaşdıran resept
Cücərmiş buğda hələ qədim dövrdən təbiblərin maraq göstərdiyi qida olub.

Günü bu günə kimi bir çox siyasi liderlər, dövlət rəhbərləri, alimlər, həkimlər, məşhurlar və naturopatlar cücərmiş buğdadan istifadə edir.


Əslində cücərmiş buğda bizə yad deyil, bu həmin səmənidir ki, Novruzda evdə cücərdirik. Qədimdə onu atmazdılar, səməni halvası bişirərdilər. Bəzi rayonlarda indi də səməni halvası bişirilir.

LoaDinG.Az cücərmiş buğdanın sağlamlığınz üçün necə qiymətli olduğunu araşdırdı.

Cücərmiş buğdanı qida kimi qəbul etmək üzərində aparılmış 20 illik tədqiqatların nəticəsində məlum oldu ki, cücərmiş buğda həyat və sağlamlıq eliksiridir.

Müntəzəm qəbul etdikdə, maddələr mübadiləsi, həzm yaxşılaşır, sinir sistemi qaydaya düşür.

İnsanın saçları, dişləri, dırnaqları möhkəmlənir, saçları çoxalır, dərisi yaxşılaşır, cavanlaşır, görməsi itiləşir.

İnsanın immun sistemi möhkəmlənir, həyati vacib orqanlar aktivləşir.

Ateroskleroz və sklerozun qarşısı alınır, ürək-damar sistemi cavanlaşır.

Saç, dəri və dırnaqların vəziyyəti yaxşılaşır.

Hazırlanması:

50 qram buğda yaxşı yuyulur, bir neçə dəfə yuyulub suyu süzülür, sonra tənzifin arasına yayılıb üzəri də tənziflə bağlanıb cücərməyə qoyulur. 1-2 sutka ərzində bir az cücərən kimi istifadəyə hazırdır.

Əgər buğda cücərərkən, pis qoxu gəlirsə, onu istifadə etməyin, deməli yaxşı toxum deyil.

Cücərmiş buğdanı qurudub un halına salıb, kökə bişirə bilərsiniz. Südə, qatığa, salatlara əlavə edib yeyə bilərsiz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
146 134 108 115 94 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.