reklam
Dedim-Dedi Dedim-Dedi https://take.az/uploads/posts/2023-03/thumbs/1678786428_img_20230309_010339_955.jpg
Abbas Məmmədov

Abbas Məmmədov Şeirlər 14-03-2023, 14:00

Dedim-Dedi

Dedim-Dedi
Dedim: Ey qönçə dəhan, könlümü qan eyləmisən,
Dedi: Bica yerə eşqimdə fəqan eyləmisən,
Dedim: İnsaf elə, incitmə məni, aşiqinəm,
Dedi: Get,sirrimi dünyayə əyan eyləmisən,
Dedim: Ağlama məni sərv boyun şövqündə,
Dedi: Göz yaşını bihudə rəvan eyləmisən,
Dedim: Axır, gözəlim,bagü baharım sənsən,
Dedi: Sən ömrünü həsrətlə xəzan eyləmisən,
Dedim: Az çəkməmişəm gözlərinin həsrətini,
Dedi: Öz könlünü yersiz nigaran eyləmisən,
Dedim: Eşqində əsirəm,mənə bəs xeyri nədir?
Dedi: Əvvəldə bu Sevdada ziyan eyləmisən,
Dedim: Eşq atəşi neylər mənə,qorxan deyiləm,
Dedi: Biçarə,yanarsan,nə güman eyləmisən?
Dedim: Ey gül, mən əzəldən də gözəl aşiqiyəm,
Dedi: Sən ruhini eşq ilə cəvan eyləmisən.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
183 212 182 151 218 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.