reklam
Vaxtı keçmiş namazların qəzası Vaxtı keçmiş namazların qəzası http://take.az/uploads/posts/2017-08/thumbs/1503751404_image.jpg
ÊLfidÂ

ÊLfid İslam Dini 26-08-2017, 16:43

Vaxtı keçmiş namazların qəzası

Vaxtı keçmiş namazların qəzası


Bir namazı vaxtında qılmağa "Əda", vaxtı keçəndən sonra qılmağa "Qəza" deyilir. Namazı bilərəkdən, üzürsüz səbəbə görə sonraya saxlamaq böyük günahdır. Namaz qəza edilməklə yerinə yetirilmiş olur. Ancaq vaxtından sonraya saxlandığı üçün Cənabi Haqqdan əfv istəmək lazımdır. Beş vaxt namazın fərzləri ilə vitir namazı qəza edilir. Vaxtı bitdikdən sonra sünnətlər qəza edilməz. Ancaq səhər namazını vaxtında qıla bilməyən şəxs eyni gündə böyük quşluq zamanına (sabahla günortanın arasındakı vaxt) qədər fərzi ilə birlikdə sünnəti də qəza edər. Qəzanı qılmaq üçün bəlli bir vaxt yoxdur. Yalnız üç kərahət zamanında, yəni günəş doğarkən, günəş tam təpə nöqtəsində ikən və günəş batarkən qılınmaz. Keçmiş namazları qəza edən bir şəxs əgər hansı günün hansı vaxtının namazı olduğunu bilməzsə, o zaman belə niyyət edilir:
"Niyyət etdim Allah rızası üçün qəzaya qalan ilk namazımın fərzini qılmağa".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 438 443 354 450 404

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.