reklam
Ağcabədi rayonu haqqında Ağcabədi rayonu haqqında http://take.az/uploads/posts/2018-09/thumbs/1537697773_aqcabedi-1.jpg
Esmeralda

Esmeralda Azərbaycan 24-09-2018, 14:00

Ağcabədi rayonu haqqında

Ağcabədi rayonu haqqında


Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 kv.km – dir, əhalisi 128100 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi səhiyyə, təhsil, mədəniyyət sahəsində, kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.

Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən (Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Avşar, Aşağı Avşar, Xocavənd, Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı,Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar,Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar,Kəhrizli, Şərəfxanlı, Arazbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri ) ibarətdir.

Rayon ərazisində 216 idarə və müəssisə, 7 bank filialı, 2 rabitə müəssisəsi, 3 mehmanxana fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.

Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər, tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər, təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər,kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər, ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.

Adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) olan Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur.'

Tarixi
Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə Ağcabədi nahiyəsi olaraq çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir.

Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır.Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müsəffəl tarix dəftərii sənədində Bərdə Livasına tabe olan Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir.Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747-1748-ci ildə Bayot qalasını tikdirmişdir.

XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hisssəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2, əhalisi 117500 nəfərdir. Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
625 654 621 556 675 569

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.