reklam
Nizami Gəncəvidən Hikmətli Sözlər Nizami Gəncəvidən Hikmətli Sözlər http://take.az/uploads/posts/2018-10/1539235482_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Şeirlər 11-10-2018, 13:50

Nizami Gəncəvidən Hikmətli Sözlər

Nizami Gəncəvidən Hikmətli Sözlər
Nizami Gəncəvidən Hikmətli Sözlər


İnsafla yaşayan mərddir, kişidir,
Kimsəni sevməmək namərd işidir!

Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.

Çox da acıqlanma, bərk savaş olar,
Torpaq bərkidikcə, dönüb daş olar.

Dünyaya fateh olmaz, zülümkarlıq, rəzalət,
Yer üzünün fatehi, ədalətdir, ədalət!

Yaxşı işdə görsən, pis işdə inan,
Unutmaz onları bu qoca dövran!

Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Dünyanın işini yaxşı düşün sən,
Nə əksən onu da sən biçəcəksən,

Yaxşılar cilovu verməzlər pisə,
Satmazlar, dostları yada, nakəsə.

Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.

Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxarar onların əli.

Hünərli dünyada təxtü-tac alar,
Alçalmaz heç zaman, başı ucalar!

Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər, zülm etsən tikan!

Ağac əkən zaman elə yerdə ək,
Ki, yəqin biləsən o bar verəcək.


Müəllif - Nizami Gəncəvi




Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
742 624 694 678 679 572

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.