reklam
Dünya tarixinin ilk beynəlxalq valyutaları və Xilafətin ilk metal pulu — TARİXİ FAKTLAR Dünya tarixinin ilk beynəlxalq valyutaları və Xilafətin ilk metal pulu — TARİXİ FAKTLAR http://take.az/uploads/posts/2018-10/1540721469_1479496782_6965_5_5.jpg
Esmeralda

Esmeralda Maraqlı 28-10-2018, 15:11

Dünya tarixinin ilk beynəlxalq valyutaları və Xilafətin ilk metal pulu — TARİXİ FAKTLAR

Dünya tarixinin ilk beynəlxalq valyutaları və Xilafətin ilk metal pulu — TARİXİ FAKTLAR
Dünya tarixinin ilk beynəlxalq valyutaları və Xilafətin ilk metal pulu — TARİXİ FAKTLAR

Qədim dövrlərdən dövlətlər arasında ticarət mübadiləsi olub. Zaman keçdikcə bu ticarət və mübadilə dünya ticarəti adlandırılıb. Karvanlar aylarla yol gedir, gətirdikləri malları satır və ölkələri üçün lazım olan malları alıb geri qayıdırdılar.
Tarixçi-alim Əkbər Nəcəf dünyanın ilk beynəlxalq valyutaları və Xilafətin ilk metal pulu haqqında məlumat verib.

"Dünya ticarət" anlayışı II əsrdə ortaya çıxıb. İlk qəbul edilən beynəlxalq valyuta Roma dinarı, daha sonra da Bizans nomizması olub. Əməvi xəlifəsi Əbdülmaliklə "İslam dinarı" bazara çıxmış və XVI əsrin ortalarına qədər beynəlxalq valyuta olmuşdur (Əsasən də əşrəfi pulları). Onun yerini ispan qızılı aldı. Sonra da ingilis sterlini mərkəzə gəldi.

Ancaq beynəlxalq ticarətdə qızıl pul çox sərfəli deyildir. Buna görə də Sasani gümüşü (dirhəm) və Bizans fəlsi (mis pul) alt ticarətin təməl ünsürü olub.

İlk dəfə metal xarici pul kəsilməsinə Xəlifə Ömər təşəbbüs edib. O, dəvə dərisindən pul hazrlanmasına cəhd edib, ancaq bu təşübbüsünün qarşısı alınıb.
Səbəbi də pul hərisi ərəblərin ərəb ölkələrində dəvənin yox olmasına yol açacaqları olub.

VIII-IX əsrlərdə Uyğurlar ipək pulu kəşf etdilər. Sonra da kağız pulları təcrübə etdilər.

İlk kağız pul sistemi tam olaraq monqol xanı Kubilay zamanında həyata keçirildi və çox uğurlu nəticə alındı.

Bizdə Elxanlı hökmdarı Keyxatu kağız pul sisteminə keçdi. Ancaq ideanın sahibi vəzir Sədrəddin idi. Elə vəzirin ağılsızlığı ucbatından da kağız pul siyasəti bizdə iflasa səbəb oldu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
181 213 229 200 229 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.