Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mətanət ağlayaraq üzr istədi: "Mən də övladımı itirmişəm"

  • Müəllif  Asef

Mətanət ağlayaraq üzr istədi: "Mən də övladımı itirmişəm"

 

Aparıcı Mətanət Əliverdiyeva "Gündəlik" verilişinin bugünkü efirində ağlayaraq yanğından əziyyət çəkən insanlardan üzr istəyib.

Take.Az axşam.az-a istinadən bildirir ki, o, dünənki çıxışının səhv anlaşıldığını deyərək ağlayıb:

"Elə ifadə dedim ki, onu mənə qarşı işlətdilər. Mən balaca uşaqdan da üzr istəməyi bacarıram. Mənim sözümü yozub qıcıq yaratdılar. Mən bilməzdim ki, bu cür ajotaj yaradacaq. Gərək biləydim ki, nə deyirəm. Əgər kimdəsə qıcıq yaratmışamsa, faciəni yaşayan insanlarıın hissiyatına toxunmuşamsa, mənim sözümü savadsız formada yozan insanların yerinə, onlardan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynayan insan deyiləm. Özüm də iki uşaq anasıyam. Mən necə bunu qıcıq üçün deyə bilərəm axı? İndiyə kimi heç kimi bilmir ki, mən də övlad itirmişəm. Anamı, atamı itirmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?".

Qeyd edək ki, M. Əliverdiyeva mayın 19-da Bakıda baş verən yanğın haqqında danışarkən "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" deyib. Bu sözlərinə görə sosial şəbəkələrdə tənqid olunan aparıcı Milli Televiziya və Radio Şurası tərəfindən də şifahi xəbərdarlıq alıb.



Oxşar mövzular:
  • Məşhurlardan Mətanətə REAKSİYA: "Özünü idarə edə bilmirsə..."
  • ATV aparıcı Mətanətə haqq qazandırdı - RƏSMİ AÇIQLAMA
  • Mətanət dəhşətli yanğın haqda danışdı: "Biz o faciəni lap belə faciə etməm ...
  • Sağlığında qiymət verin insanlara! (C.Novruz)
  • ÜZR MESAJLARI


  • Gerİ dön


    4 şərh


    • Ağlamağa gərək yox idi Allah ölənlərə rəhmət eləsin .Deyib eybi yox bir səhv idi fso Allah hər kəsi qorusun

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:


    • Bele diyimde mence aparici sozunu duzgun ifade etmeyi bacarmadi diye bilmerem bu tecrubesizlikden savadsizliqdan yada heyacendan ireli geldi.O tam bawqa wey fikirlewmiwdi mence sadece duzgun cumle qurub ortaliga cixarda bilmedi.Uzur isteyibse sehvini anlayib demek ki,Daha da uzatmaga ehtiyac yoxdu mence.Gelin ozumuz-ozumuzu awagilamiyag, sehvimiz bele olanda bunu car cekerek yox bawa salaraq duzeldek.

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1501
    • İCQ:


    • Allah butun olenleri rehmet elesin ve xowum gelir bu qadindan inanmiram sef nese desin

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    • :)))
    • 23 may 2015 03:39
    •  

    • 1 deqiqe 1 deqiqe nifret elemisen basa dusduk bes duz deyib axi niye daha qabariq facie edib dunyaya bele taniniriq qabaqdan olimpiya gelir/eger bele agliyirsizsa sehidlerede bu qeder agliyardizda ne var ne var bina yanib dusmenlerin sevinmeyin isteyirsizse buyrun facie edin

      men metanet xanima haqq qazandiriram sizin haqqiniz yoxdur ki onu her gun efirde agladasiniz ey Azerbaycan milleti hemise ozunuz ozunuze dusmen oldunuzda

    • --------------------------------------------
      #selfie
    • adim lazim deyil size
    • Xəbərlər: 72
    • Şərhlər: 898
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III