Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Mətanət: "ANS mənə paxıllıq edir"

  • Müəllif  Asef

Mətanət: "ANS mənə paxıllıq edir"

 

ATV-nin aparıcısı Mətanət Əliverdiyeva Vaqif Aydınoğlunun "Həftəsonu" verilişinin qonağı olub.

Take.Az axşam.az-a istinadən xəbər verir ki, o, ANS telekanalının onunla bağlı hazırladığı süjetdən bəhs edib. 

M.Əliverdiyeva aparıcının "Yetişdiyin kanal sənə qarşı niyə belə etdi" sualına belə cavab verib:

"18 il o kanalda çalışmışam. Heç vaxt çörəkitirən olmamışam. Amma çox təəssüfləndim ki, mən o kanalın məktəbini keçmişəm. Hamısı paxıllıqdan oldu. Burada rəqabət yoxdur. Mənə paxıllıq etdilər ki, Mətanət niyə məşhurlaşdı, niyə reytinq verir, niyə sevildi? Mənə təsir edən üzümə gülən, dar günündə yanlarında yer aldığım insanların belə addım atması oldu. Mənə dost deyirdilər.

Ləman Ələşrəfqızının hazırladığı o reportaja baxmadım. Ləmanın kiminsə diktəsi ilə hazırladığı o süjet qərəzli idi. Hər zaman özünə qərəzsiz deyən telekanal kimisə ortaya qoyub, onu vurdu. Qərəzli idi, çünki mənim fikrim soruşulmamışdı. Mənim istedadım ATV-yə gələndə açılmadı ki... Deyirlər ki, biz Mətanəti işdən çıxardıq. Yalandır. Mən burada "Olaylar"da çalışanda zənglər gəlirdi ki, qayıdın, yüksək məvacib təklif edirdilər. Məni reytinq maraqlandırmır. Mənim üçün əsas odur ki, insanlara xoş olsun. Laçının işğalı günündə o kanalda "Günə baxan" verilişində dörd aparıcı reytinq üstündə bir-birini qırırdılar. Mətanətin "Gündəlik" proqramında isə Laçından danışıldı. Dəhşətli yanğın olan gün mən özüm rəhbərliyə dedim ki, efirə çıxmayacam. İnsanların fikri, diqqəti faciədən elə yönəldildi ki... Elə bil binanı mən üzləmişdim, mən yandırmışdım. Beş cümləni əllərində bayraq tutub, ATV-yə qarşı nələr etdilər. Mənim şpaqat açmağımı gündəmə gətirdilər. Əziz kanal, o vaxt sizin efirinizdə də "şpaqat" açmışdım. Niyə onda bu məsələyə bir əncam çəkmirdiniz?"

Qeyd edək ki, M.Əliverdiyevanın dediyi "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri sosial şəbəkədə hiddətlə qarşılanıb.



Oxşar mövzular:
  • Yanan binanın alovunda həqiqəti də yandırmayaq
  • Mətanət ağlayaraq üzr istədi: "Mən də övladımı itirmişəm"
  • ANS-dən Mətanətə şillə kimi sözlər - Yanan bina ilə özünü "yandırdı"
  • ATV aparıcı Mətanətə haqq qazandırdı - RƏSMİ AÇIQLAMA
  • Mətanət dəhşətli yanğın haqda danışdı: "Biz o faciəni lap belə faciə etməm ...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III