Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əməkdar artist: "Söyüşü də yerində söymək lazımdır"

  • Müəllif  Asef

Əməkdar artist: "Söyüşü də yerində söymək lazımdır"

 

Əməkdar artist, tanınmış rejissor və aktyor Nicat Kazımov yeni çəkilən kommersiya filmlərindən danışıb.

Take.Az xəbər verir ki, publika.az-a açıqlama verən aktyor indiyə qədər cəmi bir komik filmdə çəkildiyini və buna görə də peşman olduğunu bildirib: "Adını çəkmək istəmirəm, amma indiyə qədər cəmi bir komediya filminə çəkilmişəm, buna görə də çox peşmanam. Gərək çəkilməyəydim, çünki ssenari çox zəif idi. Heç rejissor kimi də kommersiya filmi çəkmək fikrində deyiləm. Çünki çəkilirsə, gərək o film keyfiyyəti ilə seçilsin. Bunun üçün də çox şeylər tələb olunur".
 
Rejissor həmin filmlərdə istifadə olunan söyüş və digər qeyri-etik zarafatlara da münasibətini bildirib:
 
"Bəzən kommersiya filmlərində söyüşlərdən və qeyri-etik ifadələrdən istifadə olunur. Bunu düzgün saymıram. Söz yox ki, bizim milli filmlərimizdə də söyüşlərdən istifadə olunub. Məsələn, "Tütək səsi", "Sahilsiz gecə" filmlərində ard-arda söyüşlər səslənir. Amma bu ifadələr yerində olduğundan mənfi təsir bağışlamır.
 
Bizdə isə belə ifadələr yersiz istifadə olunduğundan, bayağı və şit səslənir. Hər şey yerində olanda gözəl olur".



Oxşar mövzular:
  • Vəfa Zeynalova: "Bunun qarşılığında yüksək qonorar istəyirəm"
  • Sənubər İsgəndərli qınadı: ""Şit" zarafatlar..."
  • "Şofer Əhməd"in 70 yaşı tamam oldu
  • "İnsanları ağlatmaq asandır"
  • Azərbaycan aktyorları nə qədər qonorar alır?


  • Gerİ dön


    1 şərh


    • indiki filmlerin coxunda yersiz soyuslerden istifade edilir

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Fevral 2020    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    Style I Style II Style III