Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycan şou-biznesinin diplomlu məşhurları: Kim harada təhsil alıb? - FOTO

  • Müəllif  Asef

Azərbaycan şou-biznesinin diplomlu məşhurları: Kim harada təhsil alıb? - FOTO

 

Bir neçə gündür xalq artisti İlhamə Quliyevanın Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alması müzakirə edilir. Media bu xəbəri araşdırdı. Məlum oldu ki, sənətkar sözügedən universitetdə təhsil almır.

Baxmayaraq ki, ali təhsil şou-biznesdə tanınmaq, pul qazanmaqda heç bir rol oynamır, nədənsə, məşhurlarımız ali təhsilli, diplomlu olmaq istəyirlər. Hətta məşhurlaşdıqdan sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil alan məşhurlarımız var. Onların arasında Nazpəri Dostəliyevanın,Mətanət İsgəndərlinin adlarını çəkmək olar. Belə çıxır ki, məşhurlar üçün diplomlu olmaq önəmlidir.

Take.Az bildirir ki, gecce.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan şou-biznesində kiçik bir araşdırma apararaq onların hansı təhsil ocaqlarında təhsil alması ilə maraqlanıb.

Xalq artisti Aygün Kazımova orta təhsilini Nizami rayonu,12 saylı orta məktəbdə alıb. Lakin xalq artisti ali pilləyə yüksələ bilməyib. Sonralar o, bunu ailə həyatı qurması və sənətə gəlməsi ilə bağlayıb.

Şoumen, əməkdar artist Murad Dadaşov orta təhsilini Səbail rayonunda yerləşən 160 saylı klassik gimnaziyada alıb. Ali təhsilə isə Bakı Dövlət üniversistetnin sosial elmlər və psixologiya fakültəsində yiyələnib. 

Əməkdar artist Bəhram Bağırzadə Yasamal rayonunun 189 saylı orta məktəbində oxuyub. KVN-çi, yazıçı, rəssam, fotoqraf, karikaturaçı kimi faliyyət göstərsə də, əsl ixtisası Azərbaycan Dövlət incəsənət və mədəniyyət universitetinin teatr rejissorluğudur.

Əməkdar artist Mehriban Xanlarova orta təhsilini Səbail rayonunda yerləşən 190 saylı məktəbdə alıb. Daha sonra Azərbaycan Dövlət incəsənət və mədəniyyət universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirərək, aktrisa peşəsinə yiyələnib.

Xalq artisti İlham Namiq Kamal orta təhsilini Yasamal rayonu 31 saylı məktəbdə alandan sonra tələbə adını Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Dram və kino aktyorluğu fakültəsində qazanıb. 

Xalq artisti Zülfiyyə Xanbabayeva Yasamal rayonunda 161 nömrəli məktəbi bitirib. Zülfiyyənin atası onu Xarici Dillər Univseritetinin tələbəsi kimi görməyi arzulasa da, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tetatr rejissorluğuna qəbul olub.

Əməkdar artist Abbas Bağırov Gəncə şəhərində yerləşən 39 saylı orta məktəbdə oxuyub. Daha sonra Tərtər rayonunda yerləşən Maliyyə Kollecində təhsil alıb. Ali təhsilli deyil. 

Müğənni Zamiq Hüseynov Yasmal rayonunda yerləşən 53 saylı orta məktəbi bitirib. Sonra Asəf Zeynallı adına musiqi kollecini bitirib. Ali təhsilli deyil. 

Aktyor Anar Heybətov orta təhsilini Bülbül adına orta ixtisas məktətəbində başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.

Aparıcı İlkin Həsəni Nəsimi rayonu 35 və 164 saylı məktəblərdə rus, son 3 sinfi isə Nərimanov rayonu 2 saylı Dəmir Yolu Liseyində Azərbaycan bölməsində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinooperator fakültəsinə daxil olub. 

KVN-çi Cabir İmanov Yasamal rayonunun 189 saylı məktəbində orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət iqtisadiyyat universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. Bunun ardınca C.İmanov Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsilini alıb.

Müğənni Könül Kərimova öncə Nərimanov rayonunda yerləşən 8 nömrəli musiqi təmayüllü orta məktəbi bitirib. Sonra təhsilini Bakı Musiqi Akademiyasında davam etdirib.

Müğənni Xatirə İslam Xankəndi rayonunda 4 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Müğənni Samir Bağırov isə Binəqədi rayonu, 126 nömrəli məktəbdə orta təhsilə yiyələndikdən sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb.



Oxşar mövzular:
  • Bakıda bəzi ali və orta məktəblərdə dərslərin vaxtı dəyişdirilib
  • Hər bir valideynin üzləşəcəyi problem: yaradan kimdi?
  • Mikayıl Cabbarov kolleclərin ləğvindən danışdı
  • Bu gün imtahandır
  • Vəfa Quluzadə vəfat etdi


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031